Bazar , 11 Yanvar 2026

Qarabağ

Ermənilər Laçında axtardıqları əsgərlərinin meyitlərini aşkarladılar

Ermənilərin Laçın rayonunda apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 3 hərbçisinin meyiti tapılıb. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, onların şəxsiyyəti hələ məlum deyil. Meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq. Məlumata görə, 2020-ci ilin 13 noyabrından indiyə kimi Qarabağda itkin düşmüş 1 374 erməni hərbçinin meyiti aşkarlanıb. İtkin hərbçilərin axtarışları bu …

Read More »

Rusiya sülhməramlıları Şuşaya gedən avtomobil karvanını müşayiət edib

“Azərbaycan tərəfinin istəyi ilə Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Azərbaycan Respublikasının iki nəqliyyat karvanının Dağlıq Qarabağ ərazisindən keçməsinin təhlükəsizliyini təmin ediblər”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya hərbi personalının müşayiəti ilə 60-dan çox yük maşını Şuşa yaşayış məntəqəsinin infrastrukturunu bərpa etmək üçün tikinti materialları çatdırıb. Rusiya sülhməramlı kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə …

Read More »

Füzulidə erməni hərbçilərin meyitləri aşkarlandı

İkinci Qarabağ müharibəsində itkin düşmüş daha 4 erməni hərbi qulluqçunun meyiti aşkarlanıb. Bu barədə Boyukmillet.com  Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, erməni hərbçilərin meyitləri Fizuli rayonunda aparılan axtarışlar nəticəsində aşkar edilib. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub. Qeyd edilir ki, bununla da Qarabağda aparılan axtarışlar zamanı aşkarlanan itkin erməni hərbçilərin meyitlərinin sayı 1 371-ə çatıb.

Read More »

Polislər Xocavənddə minalar aşkar ediblər

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən minaların aşkar edilməsi istiqamətində uğurlu tədbir həyata keçirilib.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətlə əlaqədar Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində olan zaman orada düşmən tərəfindən qoyulmuş xeyli sayda mina aşkar ediblər. Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Əraziyə baxış keçirilən zaman …

Read More »

Fərarilik edən erməni hərbçilər: “Göydən od ələnirdi, biz nə edə bilərdik?”

Ermənistan hüquq-mühafizə orqanları çox ciddi böhranla üzbəüz qalıblar. Ermənistanın “Joğovurd” qəzeti yazır verir ki, 10 mindən çox hərbçi fərarilik, döyüş mövqelərini tərk etmə və döyüş meydanından qaçmaqda ittiham olunur. Bu qədər çox işi sonlandırmaq üçün prokurorluq orqanlarının kifayət qədər müstəntiqi və zamanı isə yoxdur. “Ona görə də son günlər prokurorluq orqanları müharibə dövründə döyüş mövqelərini tərk edən, qaçan şəxslərdən ifadə alır. İfadə …

Read More »

Türkiyə Müdafiə Nazirliyi “Qış təlimi-2021”dən yeni görüntülər paylaşıb

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir. Boyukmillet.com  xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi təlimlərdən yeni görüntülər paylaşıb. “Qəhrəman komandolarımız qardaş Azərbaycan hərbçiləri ilə birgə icra etdiyimiz “Qış təlimi-2021” təlimlərinin ictimaiyyətə açıq gününə hazırdırlar”, – paylaşımda qeyd olunub. Kahraman Komandolarımız, Kardeş Azerbaycan ile müşterek icra …

Read More »

Azərbaycan, Ermənistan və Rusiya rəsmiləri arasında görüş olub

Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri videokonfrans formatında iclas keçirib. Boyukmillet.com  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki,Azərbaycanın Dağlıq Qarabağ bölgəsi üzrə 3 tərəfli yarımqrupun iclasında dəmiryolu və avtomobil yolunun vəziyyəti, qarışıq yüklərin daşınması məsələlərini müzakirə edilib. Tərəflər gündəlik məsələ üzrə fikirlərini bildirib, təkliflər irəli sürüblər. Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin başçılıq etdikləri üçtərəfli işçi qrupu çərçivəsində …

Read More »

Ermənistanın baş prokuroru qanunsuz şəkildə Qarabağa gəlib

Ermənistanın baş prokuror Artur Davtyan Azərbaycanın separatçıların nəzarəti altında olan Qarabağ bölgəsinə qanunsuz səfərə gəlib. Boyukmillet.com  Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, Xankəndində separatçı rejim qalıqlarının başçısı Araik Arutyunyanla görüşüb. Onlar müharibəsonrası dövrdə insan fəaliyyətinin müdafiəsinə yönəlmiş dövlət institutlarının fəaliyyətinin təşkili, qondarma “DQR” vətəndaşlarının hərəkətetmə, ərazidəki qanuniliyin təmin edilməsi məsələsi və s. müzakirə ediblər.

Read More »

Raket və Artilleriya Qoşunlarının bölmələrinə həyacan siqnalı verilib

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının fəaliyyəti ilə tanış olmaq üçün fevralın 9-da N saylı artilleriya hərbi hissəyə səfər təşkil edilib. Boyukmillet.con  xəbər verir ki, əvvəlcə düşmənin sentyabrın 27-də növbəti təxribatı zamanı olduğu kimi, hərbi hissənin şəxsi heyətinə həyacan siqnalı verilib. Həyəcan siqnalı ilə qaldırılan bölmələrin hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək bacarıqları və manevr imkanları …

Read More »

Baş Prokurorluq: Atəşkəsdən sonra 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub

Baş Prokurorluq məlumat yayıb. Qurumun mətbuat xidmətindən  daxil olan məlumatda deyilir: “Təəssüflə bildiririk ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktları hələ də baş verir. 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak …

Read More »