Bazar , 11 Yanvar 2026

Qarabağ

Roma Papası Qarabağdan danışıb

“Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm”. Boyukmillet.com  xəbər verir ki, bunu Roma Papası Fransisk bu gün Vatikanda akkredite olunan diplomatik korpus rəhbərləri qarşısında nitqi zamanı vəziyyətin gərgin olduğu bölgələri sadalayarkən bildirib. “Orada közərməyə davam edən bir neçə münaqişədən bəziləri son illərdə daha da alovlanaraq regiondakı sabitlik və təhlükəsiziyi təhdid edir”, – katolik kilsəsinin rəhbəri qeyd edib. “Bizim dövrdə dinlərarası dialoq xalqlar və …

Read More »

Rusiya sülhməramlıları Kəlbəcərə tikinti materiallarının göndərilməsini təmin edib

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin KamAZ markalı 20 hərbi avtomobili və onları müşayiət edən 5 avtomobildən ibarət ikinci kolonnası Kəlbəcər rayonuna …

Read More »

Hikmət Hacıyev Azərbaycandakı bütün diplomatik korpusu Cəbrayıl və Zəngilana topladı – FOTOLAR

Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana gediblər. Boyukmillet.com saytının səfərdə iştirak edən əməkdaşlarının verdiyi məlumata görə, Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb. Səfərin ilk dayanacağı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi olub. Səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri son illərdə münaqişə xəttinə yaxın …

Read More »

Türkiyə-Azərbaycan birgə hərbi təliminə hazırlıqlardan yeni görüntülər – VİDEO

Qarsda keçiriləcək “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə hərbi təliminə hazırlıqlar davam edir. Boyukmillet.com-un məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” hesabından bununla bağlı video paylaşıb.“Titrəyər əzəmətindən yerlə göy! Yeriyən bir dağ… Coşqun bir sel… Səngiməyən bir tufan…”, – deyə hərbi qurum Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin “Qış-2021” birgə hərbi təlimləri şərh edərkən vurğulayıb. https://twitter.com/tcsavunma/status/1357617843685257216?s=20

Read More »

Yeni Füzuli-Şuşa avtomobil yolunun tikintisinin bir hissəsi başa çatıb

Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi davam etdirilir. Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84,6 km təşkil edəcək. İnşa ediləcək tunellərin ümumi …

Read More »

Rusların Qarabağa gətirdiyi ermənilərlə bağlı ŞOK FAKTLAR

Müharibənin başa çatmasından sonra Rusiya sülhməramlılarının müşaiyəti ilə Qarabağa qayıdan ermənilərin sosial vəziyyəti acınacaqlıdır. Boyukmillet.com  xəbər verir ki, Ermənistan mediası Qarabağa qayıdan ermənilərin üzləşdikləri problemlərdən yazıb. Əksər erməninin işğal dövründə Qarabağda yeganə dolanışıq sahəsindən – əkinçilik və heyvandarlıqdan məhrum olublar. Çünki əkin sahələri və otlaqlar Azərbaycan Ordusunun nəzarətindədir. Qayıdanların çoxu ya ərini, ya oğlunu, ya yaxınını müharibədə itirib və bu, …

Read More »

Rusiya Müdafiə Naizrliyi Ağdamdakı mərkəzdən görüntülər yayıb

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin şəxsi heyəti atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatların dayandırılmasına nəzarət vəzifələrini yerinə yetirməyə davam edir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb Bildirilib ki, rusiyalı sülhməramlılar “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejimini müşahidə edirlər. “Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə …

Read More »

Pənahəli xanın sarayı erməni vandalizminə məruz qalıb – FOTO

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. AZƏRTAC xəbər verir ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq nümunəsi olan tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən …

Read More »

Qarabağda meyiti aşkarlanan ermənilərin sayı 1 354-ə çatdı

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində zərərsizləşdirilmiş daha 9erməni hərbçinin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, bunu qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” açıqlayıb. Meyitlər işğaldan azad olunan Füzuli rayonunda aşkarlanıb. Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizası təyin olunub. Axtarış işləri bu gün Hadrut istiqamətində davam etdiriləcək. Qeyd edək …

Read More »

Ermənistan sərhədin Qazax istiqamətində təxribat törədib, atəşkəs pozulub

Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düş­mənin təxribatları davam edir. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, fevralın 2-də saat 05:00 radələrində Er­mə­nistan silahlı qüvvə­lərinin Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla …

Read More »