Cümə , 29 Mart 2024
Drone Cameras

Qarabağda meyiti aşkarlanan ermənilərin sayı 1 354-ə çatdı

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində zərərsizləşdirilmiş daha 9erməni hərbçinin meyiti tapılıb.

Boyukmillet.com xəbər verir ki, bunu qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” açıqlayıb.

Meyitlər işğaldan azad olunan Füzuli rayonunda aşkarlanıb.

Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizası təyin olunub.

Axtarış işləri bu gün Hadrut istiqamətində davam etdiriləcək.

Qeyd edək ki, fevralın 1-dək döyüş bölgəsindən 1 354erməninin qalıqları aşkarlanıb.

Check Also

Bağanis-Ayrım soyqırımından 34 il ötür

Erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi Bağanis-Ayrım soyqırımından 34 il ötür. Boyukmillet.com xatırladır ki, …