Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. “Bu əməllərin qarşısının dərhal alınması məqsədilə …

Read More »

ABŞ Qarabağ müharibəsindən zərər çəkmiş ərazilərin minalardan təmizlənməsinə 2 milyon dollar ayırıb

ABŞ Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş ərazilərdə minalardan təmizləmə əməliyyatları üçün 2 milyon dollar ayırır. Boyukmillet.com xəbər verir ki, bu barədə bazar günü ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında deyilir. “Regional sülh və əməkdaşlığı təşviq etmək üçün Birləşmiş Ştatlar 2020-ci ilin payızında Cənubi Qafqazda Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında baş vermiş intensiv döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 2 …

Read More »

Beynəlxalq səyyahların Qarabağa səfəri davam edir

Beynəlxalq səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri davam edir. Boyukmillet.com xəbər verir ki, səyyahlar ötən gün Şuşa şəhərində və Ağdam rayonunda olublar. Bu gün isə onlar Füzulinin Alxanlı kəndində yerləşən qədim məscidə baş çəkiblər. Qonaqlara işğal dövründə dağıdılmış və içində heyvan saxlanılmış bu məscid haqqında ətraflı məlumat verilib. Səfər proqramına Füzuli Beynəlxalq Hava Limanı və Xocavənd rayonunda yerləşən Azıx …

Read More »

Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib

Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib. Bu barədə “Report”a Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Qeyd edilib ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış …

Read More »

Almaniyalı səyyah: “Qarabağa səfər sayəsində dağıntıların şahidi oluram”

“Qarabağa səfər sayəsində dağıntıların şahidi oluram”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında hazırda işğaldan azad olunmuş ərazilərdə səfərdə olan almaniyalı səyyah Yorqan Keller deyib. O, yolboyu tamamilə məhv edilmiş, yerlə-yeksan edilmiş binaları gördüyünü vurğulayıb. Gördüyü mənzərələrdən kədərləndiyini bildirən səyyah qeyd edib ki, sevindirici hal azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirilməsidir. “Mən, əsasən, konfliktlərin çox olduğu, əlçatmaz …

Read More »

Beynəlxalq səyahətçilərin Ağdama səfəri başlayıb

Azərbaycana gələn beynəlxalq səyahətçilərin (səyyah) işğaldan azad edilmiş Ağdama səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, səyyahlar Şuşa şəhərini ziyarət edəndən sonra Ağdama yola düşüblər. Qeyd edək ki, bu gün dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) …

Read More »

Şuşada səfərdə olan beynəlxalq səyahətçilər burada aparılan quruculuq işləri ilə tanış olublar

Şuşada səfərdə olan beynəlxalq səyahətçilər burada erməni vandalizmi nəticəsində dağıdılmış yerlərdə Azərbaycanın qısa zaman kəsiyində apardığı quruculuq işləri ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki dağıntılarla təkbaşına mübarizəsi onları heyrətə gətirib. Səyyahlar həmçinin Şuşanın möhtəşəm təbiətindən zövq aldıqlarını da bildiriblər. Sonda Cıdır düzündə olan səyyahlar bu möhtəşəm təbiət mənzərəsinin fonunda xatirə fotoları çəkdiriblər.

Read More »

Şuşada “ASAN xidmət” mərkəzi gələn il fəaliyyətə başlaya bilər

“Şuşada yaradılacaq “ASAN xidmət” mərkəzinin tikinti-təmir işləri gedir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, mərkəzin növbəti ildə fəaliyyətə başlaması gözlənilir. Azad edilmiş digər ərazilərdə infrastruktur tədbirlərinin həyata keçirildiyini bildirən agentliyin sədri vaxtı gələndə həmin rayonlarda da “ASAN xidmət” mərkəzlərinin yaradılması məsələsinə baxılacağını diqqətə çatdırıb.

Read More »

Ağalıya köçürülən qadın: “Ömürlük burada yaşamağa gəlmişəm”

Bu gün Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin növbəti mərhələsi həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, Ağalıya 2 övladı ilə birlikdə gəlib: “Nə deyəcəyimi bilmirəm. Həm kədərli, həm də sevincliyəm. Ömürlük burada yaşamaq üçün gəlmişəm. Böyük arzularım var. İstəyirəm burada övladlarımın toyunu edim. İnşallah qismət olar. Köçkün həyatı, ümumiyyətlə bu adı daşımaq çox ağırdır. …

Read More »

Ağalı kəndinə köçürülən sakinlər yeni evlərinə yerləşdirilib

Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin növbəti mərhələsi həyata keçirilib.Boyukmillet.com xəbər verir ki, bu gün daha 12 ailə Ağalı kəndində yeni evlərinə yerləşdirilib. Məlumat üçün bildirək ki, bu gün köçürülən ailələr Bakı və Sumqayıt şəhərində müxtəlif ünvanlarda yaşayıblar. Bu gün 12 ailənin 63 nəfər üzvü uzun illərdən sonra, müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün, …

Read More »