Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, həmçinin səfirliyin Hərbi Attaşesi, briqada generalı Zəkəriyyə Yalçın işğaldan azad edilmiş torpaqlarda atəşkəsin qorunub saxlanılması üçün Türkiyə ilə Rusiya arasında 11.11.2020-ci il tarixdə imzalanmış müqaviləyə uyğun yaradılmış “Birgə Monitorinq Mərkəzi”nə baş çəkiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir öz tviter hesabında yazıb. Mərkəzin fəaliyyəti barədə türkiyəli rəsmilərə məlumat verilib.
Read More »İşğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığı inkişaf etdiriləcək
Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb. Sərəncamda həmçinin qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorlara dəstək göstəriləcək.
Read More »Şuşada iki nəfər minaya düşərək həlak olub
Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış …
Read More »Kəlbəcərdə şəhid olan əsgər doğulduğu kənddə dəfn olunacaq
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan əsgər Siyəzəndə dəfn olunacaq. Boyukmillet.com xəbər verir ki, şəhid Asif Adil oğlu Əliyev rayonun Zarat kənd qəbiristanlığında torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, A.Əliyev 2002-ci ildə Siyəzənin Zarat kəndində dünyaya gəlib. O, Vtən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə …
Read More »Prezidentin köməkçisi azad olunan ərazilərə getmək istəyənlərə müraciət edib
“Vətəndaşlarımızın bura səfərləri təşkil olunur. Yaxınlarda məlumat verildi ki, bu dövr ərzində bizim 24 nəfər vətəndaşımız minadan həyatını itirib. Bunun özü böyük faciədir. Vətəndaşlarımıza sizin tribunanızdan istifadə edib səslənmək istəyirəm ki, səbrli olsunlar. Dövlətin əsas vəzifələrindən biri öz vətəndaşının təhlükəsizliyini təmin etməkdir”, – E.Hüseynov qeyd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş …
Read More »Emin Hüseynov: “Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir”
“Təqdim edilən xəritələrin dəqiqliyinə də tam əmin olmaq təhlükəlidir. Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq. Bunun səbəbi o idi ki, həmin o keçmiş təmas xətti dediyimiz ərazi o qədər partlamamış hərbi sursatlarla, piyada və tank əleyhinə minalarla dolu idi. Eni 5 kilometr olan bir zolaqda minalar sanki yük maşınından yerə boşaldılmışdı. …
Read More »Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
İşğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi …
Read More »Azərbaycanlıların Ermənistandan deportasiyasından 33 il ötür
Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından 33 il ötür. Boyukmillet.com -un xəbərinə görə, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “5 dekabr – deportasiyanın anım günü”adlı tədbir keçirilib. Toplantıda Milli Məclisin deputatları, alimlər, Qərbi Azərbaycan İcmasının üzvləri, icma sədrləri, xaricdəki nümayəndələri və digər şəxslər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Azərbyacanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü …
Read More »Qarabağda biznes fəaliyyəti göstərmək üçün 900-dan çox müraciət daxil olub
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub. Boyukmillet.com xəbər verir ki, bunu nazir müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib. Onun sözlərinə görə, müraciətlərin təxminən 1/3-i xarici, qalanı isə yerli şirkət və sahibkarlara məxsusdur. “İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, …
Read More »Qarabağda daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb
İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş və bu günə kimi itkin düşmüş sayılan daha bir erməni hərbçisinin meyitinin qalıqları aşkarlanıb. Belə ki, Xocavənd rayonunda aşkar edilən meyit Rusiya sülməramlılarının iştirakı ilə Ermənistana təhvil verilib. Onun şəxsiyyət məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq. Ümumilikdə, müharibə başa çatdıqdan sonra Qarabağda 1704 erməni hərbçisinin meyitinin qalıqları tapılıb.
Read More »