Çərşənbə axşamı , 17 Sentyabr 2024

Qarabağ

Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi yaradılıb, nümayəndə təyin olunub

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com  xəbər verir ki, sərəncamla Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Read More »

Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi vəzifəsi ləğv olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sənədə əsasən, “Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, …

Read More »

Böyük Britaniya səfiri Tərtər rayonunda minatəmizləmə işləri ilə tanış olub

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtər rayonunda aparılan minatəmizləmə işləri ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir tviter səhifəsində paylaşım edib. “Böyük Britaniyanın RPS şirkətinin minatəmizləmə işlərində ANAMA-ya dəstək verdiyini görmək üçün Tərtərə səfər etdim və cəsur azərbaycanlı minatəmizləyənlərlə görüşməkdən şərəf duydum”, – səfir yazıb.

Read More »

Səttar Möhbalıyev: “Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir”

“Vətən müharibəsində Azərbaycanın hərb meydanında qazandığı şanlı Qələbə diplomatik müstəvidə də üstünlüyümüzü təmin edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev güclü və məntiqli diplomatik potensialına əsaslanaraq ölkəmizin maraqlarını ləyaqətlə təmsil edir. Bu il noyabrın 26-da Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bir daha bunun şahid olduq. Hər üç ölkə lideri …

Read More »

İşğaldan azad edilən ərazilərdə erməni hərbçilərin qalıqları aşkarlanıb

Azərbaycan ərazisində aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində hərbçilərimiz tərəfindən məhv edilmiş və bu günə kimi itkin düşmüş sayılan daha iki hərbçisinin meyitinin qalıqları aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, onlardan biri Berd rayonunun sakini Ruben Poqosyan, digəri Vaqe Papyandır. Bununla da Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində meyitinin …

Read More »

Qubadlıda erməni vandaliziminə məruz qalan qəbiristanlıq – FOTOREPORTAJ

İşğaldan azad edilən Qubadlı rayonu ərazisində yerləşən qəbiristanlıqlar erməni vandalizimin qurbanı olub. “Report”un Qubadlıya ezam olunmuş əməkdaşının məlumatına görə, düşmən 30 ilə yaxın işğal altında saxladığı rayonun dini, mədəni, tarixi abidələri ilə yanaşı məzarlıqları da dağıdaraq viran qoyub. İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv etməyə çalışıblar. Qəbirlərin başdaşlarını oğurlayaraq aparıblar, məzarları isə qazıblar. Bir çox qəbirdaşları isə tanınmaz …

Read More »

Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

Azərbaycan həmişə, – istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, – bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə keçirilmiş üçtərəfli görüşdən sonra mətbuata bəyanatında deyib. “Biz …

Read More »

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiqlənib

Nazirlər Kabineti “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri”nin təsdiq edilməsi haqqında qərar qəbul edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Bildirilib ki, “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərinin müəyyən edilməsi haqqında” qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunun tətbiqi barədə” Prezident fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib. “Azərbaycanın mədəniyyət …

Read More »

Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək

Bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.

Read More »

Ermənistan ordusunun 16 noyabr döyüşlərində cəbhədən qaçan batalyon komandiri həbs edilib

Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədən Ermənistanın ordusunun zabiti – batalyon komandiri, mayor Q.Q həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun nümayəndəsi Qor Abramyan bildirib. Qeyd edilir ki, istintaq zamanı mayor rütbəli zabitin 7 hərbçi ilə döyüş mövqeyindən qaçdığı müəyyənləşib. Zabitə qarşı Cinayət Məcəlləsinin “Döyüş vəzifəsinin və ya hərbi xidmətin icrası qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda” …

Read More »