Çərşənbə axşamı , 17 Sentyabr 2024

Qarabağ

Oğuzda Vətən müharibəsi şəhidinin adına inşa edilən bulağın açılışı olub

Oğuz rayonunun Sincan kəndində Vətən müharibəsi şəhidi, tank komandiri olmuş Məmmədov Tural Arif oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub. Boyukmillet.com xəbər verir ki, mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib. Mərasimdə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunub. Şəhidin müharibə dövründə göstərdiyi igidliklərdən danışılıb. Qeyd edək ki, Məmmədov Tural 2016-cı il Aprel döyüşlərində …

Read More »

Putin Paşinyanla Qarabağı müzakirə edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib. “2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib. Nikol Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə minnətdarlığını …

Read More »

Ermənistan sərhəd döyüşlərində 21 hərbçisini itirib, 100-ə yaxın yaralısı var

Ermənistanın noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı nə qədər itki verdiyi məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Caliber” Azərbaycan və Rusiyadakı hərbi dairələrdə olan mənbələrinə istinadən məlumat yayıb. Qeyd edilib ki, Zəngəzur bölgəsindəki sərhəd döyüşlərində Ermənistan Silahlı Qüvvələri 21 hərbçisini itirib. Azərbaycan tərəfindən saxlanılan erməni hərbçilərinin sayı 30 nəfər olub. Ermənistan Silahlı Qüvvələrinin yaralılarının sayı isə 100-ə …

Read More »

Qalib ordunun əsgərləri Ağdamda xidmətlərini qürurla davam etdirirlər

Ağdamın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibəti ilə bu rayona mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, KİV nümayəndələri səfər çərçivəsində Müdafiə Nazirliyinin azad edilmiş ərazidə dislokasiya olunmuş bölməsinə baş çəkiblər. Media nümayəndələri bölmədə yaradılan şəraitlə tanış olublar. “N” saylı hərbi bölmənin tabor komandirinin müavini kapitan Kənan Qurbanzadə “Report”a bildirib ki, bölmə bu ilin iyul ayında yaradılıb. …

Read More »

Qarakənd faciəsindən 30 il keçir

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu “Mi-8” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Qarakənd faciəsindən 30 il ötür. 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı – ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır: Tofiq Kazım oğlu İsmayılov – dövlət …

Read More »

“Dəmir yumruğ”un Zəfəri: döyüşçülər Ağdamın azad olunmasından danışır

“Vətən müharibəsi zamanı bizim əsas işimiz düşmənin əsas qüvvələrini öz üzərimizə cəmləşdirərək digər qoşunlarımızın uğurlu əməliyyatlar aparmasına şərait yaratmaq idi. Bundan başqa, düşmən qüvvələrini aldatmaq və qoşunlarımızın digər istiqamətlərdə hücuma keçməsini yüngülləşdirmək tapşırığı almışdıq”. Bunu “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Ordusunun mayoru Ramin Nəzərov deyib. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və sərkərdəlik qabiliyyəti nəticəsində …

Read More »

Azərbaycan XİN Ağdamın işğaldan azad olunması ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ağdamın işğaldan azad olunması ilə bağlı tviter hesabında paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “20 noyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ağdam şəhərində üçrəngli bayrağımızı ucaltdı”.

Read More »

Rusiya və İsveçin XİN rəhbərləri Qarabağı müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə danışıqlar aparacaq. Boyukmillet.com xəbər verir ki, Linde üçün bu, təşkilatın sədri kimi Rusiya paytaxtına ikinci səfər olacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, görüşün gündəliyinə ATƏT-in cari işinə dair geniş spektrli məsələlər, o cümlədən bu ilin …

Read More »

Daha bir şəhidimizin nəşi ailəsinə təhvil verildi

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində Şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, şəhidlə vida mərasimi 12:00 da rayonun Çinarlı qəsəbəsində vkeçiriləcək. Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub. Allah rəhmət eləsin!

Read More »

Ucarda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib

Vətən müharibəsi şəhidi gizir Vüqar Ələkbərovun anım günü və onun adına inşa edilən bulağın açılşı olub. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində şəhidin ailə üzvləri və yaxınları, Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər, şəhidin döyüş yoldaşları, rayon rəsmiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. …

Read More »