Cümə axşamı , 2 May 2024

Qarabağ

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri — Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət …

Read More »

Qubadlıda televiziya və radio yayımı təmin olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyi Qubadlı rayonunda televiziya və radio yayımını təmin edib. Bu barədə Nazirlikdən məlumat verilib. Məlumata görə, Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, …

Read More »

Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Qubadlı rayonunda ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Qubadlı rayonu ərazisindəki düşmənin tərk etdiyi hərbi mövqelərdən 7 avtomat, 2 pulemyot, 1 qumbaraatan, 1 minaatan qurğusu, 42 qumbara, 314 qumbaaratan mərmisi, 118 minaatan mərmisi, 280 müxtəlif növ alışdırıcılar, 22 minə yaxın müxtəlif çaplı patronlar, 31 partlayıcı vasitələr və digər …

Read More »

Qubadlının işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Boyukmillet.com xatırladır ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. 2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının …

Read More »

Şəhid ailələri və qazilər üçün toplanan vəsaitin xərc istiqamətləri – SİYAHI

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin istiqamətlər üzrə xərcləri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, fonda toplanan vəsaitin 43,13 faizi şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması üçün xərclənib. Bundan əlavə, vəsaitin 16,31 faizi borc öhdəliklərinin qarşılanması, 38,19 faizi tibbi xərclərin ödənilməsi, 1,56 faizi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün xərclənib. Digər xərclərin göstəricisi …

Read More »

Azərbaycan-İran sərhədinin azad olunan hissəsində aşkarlanan minaların sayı açıqlanıb

Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün təmin olunmasından, o cümlədən Ermənistanla dövlət sərhədinin işğaldan azad edilməsindən sonra bu ərazilərdə Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən  bildirilib ki, bu tədbirlər çərçivəsində sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz …

Read More »

“Azəriqaz” Qarabağın qazlaşdırılmasına dair planlarını açıqlayıb

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin qazlaşdırılması ilə bağlı proqram artıq hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib. Onun sözlərinə görə, bu proqram 4 mərhələdə həyata keçiriləcək. “Qazlaşdırmanın I mərhələsi Füzuli – Ağoğlan – Şuşa istiqamətini əhatə edəcək. II mərhələdə …

Read More »

Vətən Müharibəsi Qəhrəmanının anım mərasimi keçirilib

Ağstafada Dövlət Sərhəd Xidmətinin (DSX) şəhid baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin xatirəsi yad edilib. Boyukmillet.com xəbər verir ki, anım mərasimi şəhidin vaxtilə yaşadığı rayonun Böyük Kəsik kəndində keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, rayonun rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Mərasimdə A.Yusiflinin döyüş yolundan danışılıb, onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və …

Read More »

Moskvada Qarabağdakı vəziyyət müzakirə olunacaq

Oktyabrın 22-də Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitlə görüşü zamanı Qarabağdakı vəziyyət də müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib: “BMT xəttilə Suriyada, Əfqanıstanda, Efiopiyada, Ukraynada humanitar yardım məsələlərinə, habelə Qarabağdakı vəziyyətə dair müzakirə aparmaq nəzərdə tutulur”.

Read More »