Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

ABŞ-ın din xadimləri Ağdam və Şuşaya səfər ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-ın bir qrup islam, xristian və yəhudi dini icma rəhbərləri ilə görüşüb. Dövlət Komitəsindən  verilən məlumata görə, sədr M.Qurbanlı ABŞ-a səfərləri çərçivəsində keçirilmiş görüşləri xatırladaraq qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb. Bugünkü qonaq heyətinin tərkibində xristian, islam və yəhudi dininə mənsub tanınmış şəxslərin olmasını qeyd edən Komitə sədri bunun Azərbaycandakı dinlərarası harmoniyaya …

Read More »

Birinci Qarabağ müharibəsində yaralanan, Vətən müharibəsində şəhid olan “Kobra” ləqəbli polkovnik-leytenant

“Oğlum ehtiyatda olmasına baxmayaraq Vətən müharibəsi başlayan kimi döyüşlərə könüllü qatıldı. Mən şəhid oğlumla fəxr edirəm. Fəxr edirəm ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Xeyrulla İbrahimovun anasıyam”. Bunu “Report”a açıqlamasında Vətən müharibəsinin “Kobra” ləqəbli şəhid polkovnik-leytenantı Xeyrulla İbrahimovun anası Xalidə Zeynalova deyib. Onun sözlərinə görə, müharibə başlayan zaman övladlarını tək buraxıb getməməsi ilə bağlı oğluna nə qədər çağırışlar etsə də, onu fikrindən daşındıra bilməyib: “Gəlinim müharibədən …

Read More »

Ağdamın işğaldan azad olunan ərazisində insan sümükləri aşkarlanıb

Ağdam rayonunda insan sümükləri aşkarlanıb. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib. Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan bir il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini “Smerç” raketləri ilə atəşə tutub. Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset …

Read More »

Lerikdə şəhid zabit Cəlil Cavadovun anım günü qeyd olunub

Lerikdə Vətən Müharibəsi şəhidi, Azərbaycan Ordusunun zabiti, kapitan Cəlil Cavadovun anım günü qeyd olunub. “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə şəhidin il mərasimi məzarının ziyarət edilməsi və Cəngəmiran kəndində Şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı ilə təşkil edilib. Xatirə kompleksində 48 şəhidin mərmər lövhə üzərində şəkilləri əks olunub. Anım mərasimində şəhidlərin ailə üzvləri, qazilər, rayon rəhbərliyi, hərbçilər iştirak edib. …

Read More »

Qubadlıda gömrük postu yaradılıb

Dövlət Gömrük Komitəsi (DGK) Qubadlı rayonu ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunu yaradıb. Bunu “Report”a müsahibəsində DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov bildirib. Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük …

Read More »

Gələn il işğaldan azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat xərclənəcək

Azərbaycanda gələn ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin məbləği məlum olub. Boyukmillet.com  xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

Read More »

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan bir il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini “Smerç” raketləri ilə atəşə tutub. Nəticədə dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, …

Read More »

Vətən müharibəsində raket düşən kafe yenidən tikilərək sahibkara verilib

Vətən müharibəsində erməni silahlı dəstələri döyüş meydanından qaçaraq Azərbaycanın cəbhə zonasına yaxın şəhər və rayonların dinc sakinlərinə qarşı terror həyata keçirdi. Boyukmillet.com xəbər verir ki, bu qeyri-insani və heç bir müharibə qanunlarına sığmayan vəhişiliklər zamanı içərisində körpələr və qadınlar da olmaqla onlarla dinc sakin dünyasını dəyişdi, yüzlərlə sosial, iaşə, xidmət obyektlərinə və fərdi yaşayış evləri ya tamamilə dağıldı ya da …

Read More »