İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən …
Read More »TİHEK nümayəndə heyəti faktaraşdırıcı missiyanı Tərtərdə davam etdirib
Ombudsman Səbinə Əliyeva və Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalmış rayon olan Tərtərdə faktaraşdırıcı missiya həyata keçiriblər. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri 44 günlük müharibə zamanı yaşayış məntəqələrinin beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq atəşə …
Read More »ANAMA-dan mina təhlükəsi ilə bağlı çağırış
“Müharibə bitsə də, yerin altına basdırılan gizli düşmənlər – minalar hələ də can almaqda davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi tədbirdə çıxış edərkən deyib. Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti qurumları “2025-ci ildə minasız dünya” arzusu ilə vahid platforma …
Read More »Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. Boyukmillet.com xəbər verir ki, ANAMA-dan “Report”a verilən məlumatda deyilir, iyunun 21-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 84, tank əleyhinə 74 mina və 134 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 1 139 168 m² (114 ha) ərazi mina və partlamamış hərbi sursatlardan …
Read More »Türkiyədə müalicə alan qazi: “İki qolum kəsilsə belə dava olarsa, yenə getməyə hazıram!”
Qusarın Kuzun kəndindən olan qazi yenə döyüşə hazır vəziyyətdə olduğunu bildirib. “Report”un Şimal bürosu Vətən müharibəsində qazi olaraq Türkiyədə müalicə alan gənclə həmsöhbət olub. 1999-cu ildə Qusar rayonunun Kuzun kəndində anadan olan Elşad Əlmurad oğlu Rəsulov həmin kənddə orta təhsil aldıqdan sonra, həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra, bir müddət Rusiya Federasiyasına işləmək üçün getsə də yenidən Vətəndə yaşamağı üstün tutub. …
Read More »Vətən müharibəsində yaralanan qazi vəfat edib
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanan hərbi qulluqçusu vəfat edib. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsi qazisi, kiçik çavuş Kazımov Ruslan Mustafa oğlu iyunun 24-də evində vəfat edib. R.Kazımovla vida mərasimi onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilir. Mərasimdə qazinin yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra R.Kazımov bu gün Ağstafa rayonunun Kolxəlifəli …
Read More »BMT ali nümayəndəsinin Ağdama səfəri başlayıb
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos Füzuli rayonunda erməni barbarlığı ilə tanışlıqdan sonra Ağdam rayonuna gəlib. Boyukmillet.com xəbər verir ki, BMT-nin ali nümayəndəsi Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də tarixi, dini, mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərinin Baş planı ilə tanış olan Migel Angel …
Read More »Azad olunan ərazilərdə 28 Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, 120-dən çoxu yaralanıb
“Mina problemi qarşımızda duran çox ciddi məsələlərdən biridir. Ermənistanın minaladığı torpaqlarda noyabrın 10-dan indiyədək 28 Azərbaycan vətəndaşı minaların partlaması nəticəsində həlak olub, 120-dən artıq insan isə yaralanıb”. Boyukmilley.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib. Nazir əlavə edib ki, …
Read More »Zəngilanın Sarılı Xəştab kəndindən videogörüntülər
Müdafiə Nazirliyi Zəngilan rayonunun Sarılı Xəştab kəndindən videogörüntülər paylaşıb. Boyukmillet.com Nazirliyə istinadən görüntüləri təqdim edir.
Read More »Zaxarova: “Minaların təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsi məsələlərinin həlli vacibdir”
“Rusiya Bakı ilə İrəvan arasında, İrəvan və Ankara arasında dialoqların normallaşmasına yönələn addımları qətiyyətlə dəstəkləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. “Cənubi Qafqazdakı qarşılıqlı münasibətlər regiondakı bütün ölkələr nəzərə alınmaqla və balanslı şəkildə, mehriban qonşuluq prinsipləri əsasında inkişaf etməlidir”, – o əlavə edib. M.Zaxarova həmçinin Rusiyanın Azərbaycan tərəfinin iyunun 12-də 15 …
Read More »