Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində yaradılacaq Qarabağ Universiteti haqqında açıqlama verib. E.Hüseynov “Report”un Ağdama ezam olunmuş əməkdaşına bildirib ki, Ağdam şəhərinin Baş Planında təhsil məhəlləsi üçün yer ayırlıb: “Cənab Prezident artıq Ağdam şəhər 1 nömrəli məktəbin təməlini qoydu. Eyni zamanda Baş Planda nəzərdə tutulub ki, bölgədə böyük bir Qarabağ Universiteti məhs …
Read More »Şəhid Orxan Yusubovla vida mərasimi başlayıb
Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Orxan Yusubovun nəşi Gəncə şəhərinə gətirilib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, nəşi ailəsinə təhvil verilən şəhidlə vida mərasimi başlayıb Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edirlər. Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunacaq. Qeyd edək ki, O.Yusubov 1992-ci ildə Gəncədə …
Read More »Ermənistan Kəlbəcərdə təxribat törədib, Azərbaycan qəti tədbirlər görüb
İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi …
Read More »Türkiyə səfiri: “Beynəlxalq ictimaiyyət 30 il davam edən işğala son qoyulmasını alqışlamalıdır”
“Biz Fransadakı ermənilərin Qarabağla bağlı dezinformasiyalarına qarşı mübarizəmizi gücləndirəcəyik”. Bunu Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner “Report”un yerli bürosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, Fransadakı ermənilər ölkə rəsmiləri üzərində güclü təsirə malikdirlər: “Biz Azərbaycanla bağlı xəbərləri yaxından izləyirik. Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə davamlı olaraq dəstək verib. Biz Azərbaycanın nəinki torpaqlarının işğalını davam etdirən, hətta bu münaqişəni daha da qızışdıran …
Read More »QHT sədri: “Ermənilərin məhkəməsi beynəlxalq standartlara uyğun təşkil edilmişdi”
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyin rəhbəri Ramil İskəndərli Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda həbs edilən erməni cinayətkarları – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi ilə bağlı keçirilən məhkəmənin hazırlıq iclası barədə təəssüratlarını bölüşüb. Boyukmillet.com xəbər verir ki, R.İskəndərli paylaşımında bu gün insanlıq əleyhinə və s. cinayətlərdə təqsirli bilinən ermənilərlə bağlı baş tutan məhkəmə iclasında bir QHT nümayəndəsi olaraq müşahidəçi qismində iştirak etdiyini …
Read More »Kəlbəcərin Cəmilli kəndindən görüntülər – VİDEO
Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Cəmilli kəndindən görüntülər yayımlayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir:
Read More »XİN: Bölgədəki atəşkəs şəraitində Fransanın hər hansı rolunu görmürük
“Öncə vurğulamaq istərdik ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanat dayanır. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti …
Read More »Qubadlının Tinli kəndindən görüntülər
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Qubadlı rayonunun Tinli kəndindən videogörüntülər yayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir:
Read More »Şuşada kitab təqdimatı keçirilib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ilk kitab təqdimatı keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məhşur “Gəncə qapısı” tarixi memarlıq abidəsinin qarşısına toplaşan 44 günlük Vətən müharibəsinin iştirakçıları və ölkəmizin mirvarisi olan gözəl Şuşamızın müdafiəsində bu gün də mərdliklə dayanan Azərbaycan Ordusunun hərbi qulluqçuları əvvəlcə xalqımızın ümummilli lideri ulu öndər …
Read More »Ağdam və Tərtərdə 20 ədəd subartezian quyusu qazılacaq – SİYAHI – SƏRƏNCAM
Prezident İlham Əliyev “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
