Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

Xudafərin körpüsünün azad olunması ilə bağlı yeni görüntülər yayılıb

2020-ci ilin oktyabrın 18-də Vətən müharibəsinin gedişində Azərbaycanın şanlı ordusu tərəfindən Xudafərin körpüsünün düşmən işğalından azad olunması Cənubi Azərbaycandakı soydaşlarımız tərəfindən coşqu ilə qarşılanıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı yeni videogörüntülər yayılıb. Videoda görünür ki, cənublu soydaşlarımız bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırmasını qürur və fəxarətlə qeyd edir, hərbçilərimizə “Yaşasın Azərbaycan”, “Azərbaycan, Azərbaycan” şüarları ilə dəstək olurlar. Qeyd edək ki, …

Read More »

Fərrux yüksəkliyində antiterror əməliyyatları keçirmiş hərbi birləşmənin adı açıqlanıb

“Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin keçirdikləri uğurlu antiterror əməliyyatları, həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq …

Read More »

Cəbrayıl rayonu ərazisinə 18 ceyran buraxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.

Read More »

Sabah Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq

Oktyabrın 20-də Zəngilanda tikintisi 1,5 il davam edən beynəlxalq hava limanının açılışı olacaq və mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. Bu barədə Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir. Azərbaycanın azad edilmiş torpaqlarında ikinci hava limanının təməli 2021-ci il aprelin 26-da qoyulub. Zəngilan Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına uyğun inşa edilib. Hava limanında ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib. …

Read More »

Britaniya Edillidə törədilmiş kütləvi qətllərin günahkarlarını məsuliyyətə cəlb etməyə çağırır

Böyük Britaniya Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə günahkar olan şəxsləri məsuliyyətə cəlb etməyə çağırır. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkar edilməsini şərh edərkən bildirib. “Böyük Britaniya hökuməti hər zaman hərbi cinayətlərin araşdırılmasının vacibliyini vurğulayıb. Xocavənddəki kimi vəhşiliklərin törədildiyi yerlər araşdırılmalıdır. Hərbi cinayətlərə görə günahkar olan bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır”, – səfirlik vurğulayıb. …

Read More »

Şuşada gələn ilin sonundan 2 500 insan yaşayacaq

Şuşada gələn ilin sonundan 2 500 insan yaşayacaq.Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. “Əhalinin qayıdışına hazır olmalıyıq. Gələn ildən biz sosial və turizm sektorunda məşğulluq üçün çalışacağıq. Şuşanın iqtisadi cəhətdən xüsusi profili var. Şuşada əsas məqsədimiz turizmdir”.

Read More »

Azərbaycan lideri: “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”. Boyukmillet.com xəbər verir ki, bu sözləri oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azadlıq Radiosu” jurnalistinin sualına cavabında bildirib. “Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizdir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik”, – …

Read More »

Edillidə 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar ərazidən bu gün və sabah götürüləcək

“Xocavənd rayonunun Edilli kəndi ərazisində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmış ərazidən bu gün və sabah götürüləcək”. Bunu “Report”un Xocavəndə ezam olunmuş əməkdaşına açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, baxış protokolu başa çatdırılandan sonra əraziyə qutular gətiriləcək: “Daha sonra qalıqlar qutulara şəxsi əşyaları, nömrələri ilə qoyulacaq. Sonra isə …

Read More »

Jurnalistlər və QHT nümayəndələri Edillidə hərbçilərin nəşlərinin qalıqlarına baxıb

Azərbaycanın bir qrup Qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri, xarici və yerli media orqanlarının əməkdaşları Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə aşkarlanan kütləvi məzarlığın yerləşdiyi əraziyə baş çəkiblər. Boyukmillet.com xəbər verir ki, Reportun Xocavəndə ezam olunmuş əməkdaşı bildirib ki, müvafiq qurumların nümayəndələri jurnalistlərə aşkarlanmış kütləvi məzarlıqda tapılan qalıqlar və görülmüş işlərlə bağlı ətraflı məlumat veriblər. Bildirilib ki, məzarlıqda 12 nəfərə aid qalıqların …

Read More »

Suqovuşanın erməni işğalından azad edilməsindən iki il ötür

Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində …

Read More »