Bazar ertəsi , 20 May 2024

Qarabağ

Yaralı əsgərlər hospitalda ziyarət ediliblər

Lənkərandan olan yaralı əsgərlər hospitalda ziyarət olunub. Boyukmillet.com xəbər verir ki, Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən yaralanan Lənkəran rayon sakinləri Həmidzadə Afiq Şamil oğlu və Sadıxov Pənah Sulduz oğlunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sentyabrın Bakı şəhərində müalicə aldıqları hərbi hospitalda ziyarət edib. T.Qaraşov yaralı əsgərlərlə görüşərək onlarla söhbət edib, səhhətləri, reabilitasiya prosesi və qayğıları ilə maraqlanıb, tezliklə …

Read More »

Ermənistanın təxribatı zamanı yaralanan XTQ hərbçisi vəfat edib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb. Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin”, – nazirlikdən bildirilib.

Read More »

Bu gün Zəngilanın Ağalı kəndində 29 ildən sonra ilk dərs günü olacaq

Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra bu gün ilk dəfə dərslər keçiriləcək. Boyukmillet.com xəbər verir ki, 360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 60-dan çox şagird qeydiyyatdan keçib. Ağalıda ilk dərs günündə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edəcək. Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev …

Read More »

Şəhid İsmayıl Budaqlı Sabirabadda dəfn edilib

Şəhid İsmayıl Budaqlının nəşi torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhadətə ucalan, 24 yaşlıBudaqlı İsmayıl Məhərrəm oğlunun nəşi doğulduğu Axtaçı-Muğan kəndinə gətirilib. Şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyətinnümayəndələri iştirak ediblər. Şəhid İ.Budaqlı kənd qəbristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin!

Read More »

Şəhid Murad Rəsulov Şabranda dəfn edilib

Şəhid Murad Rəsulov Şabran rayonunda torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 2000-ci il təvəllüdlü leytenant Murad Rəsulov Şabran şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyəti rəhbərliyi, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Allah rəhmət eləsin!

Read More »

Gəncədə Azərbaycan Ordusunun şəhid leytenantı dəfn olunub

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan zabit Erkin Hüseynov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Boyukmillet.com xəbər verir ki, 1998-ci il təvəllüdlü Hüseynov Erkin Ədalət oğlu ilə ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib. Mərasimdən sonra şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Read More »

Şəhid Firuz Əhmədov Tovuzda dəfn edilib

Ermənistanın təxribatları nəticəsində, şəhid olan Firuz Məzahir oğlu Əhmədov torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan Silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan, Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Firuz Məzahir oğlu ilə vida mərasimi keçirilib. Vida mərasimindən şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edib. Vida mərasimində sonra şəhid Tovuz şəhər Qəbristanlığında …

Read More »

Şəhid Yunis Kazımov Qazaxda torpağa tapşırılıb

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olan Kazımov Yunis Qasım oğlu dəfn olunub. Boyukmillet.com xəbər verir ki, Qazax rayon Kəmərli kənd sakini, 1993-cü il təvəllüd, XTQ zabiti Yunis Qasım oğlu Kazımovla Qazax rayon Kəmərli kəndində ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Sonra şəhid …

Read More »

Şəhid Rəşad Qasımov Cəlilabadda dəfn edilib 

Ermənistanın törətdiyi təxribatlar nəticəsində şəhid olan Rəşad Qasımov dəfn edilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Cəlilabad rayonunun Alar kənd sakini, 2003-cü il təvəllüdlü əsgər Rəşad Qasımovun nəşi doğulduğu kəndə gətirilib. Onunla doğulduğu evdə vida mərasimi keçirilib. Daha sonra şəhid doğulduğu kənddə torpağa tapşırılıb. Qeyd edək ki, şəhid R. Qasımov subay idi.

Read More »