Bazar , 19 Yanvar 2025

Qarabağ

Ermənistan Üçtərəfli Bəyanatdan sonra I Qarabağ müharibəsində itkin düşənlərdən 138-nə aid olduğu ehtimal edilən meyit qalıqlarını təhvil verib

“Ermənistan üçtərəfli Bəyanatdan sonra I Qarabağ müharibəsində itkin düşənlərdən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib”. Boyukmillet.com xəbər verir ki, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Komissiyanın katibi, İşçi …

Read More »

Laçında təcili tibbi yardım briqadaları fəaliyyətə başlayıb

Laçında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadaları fəaliyyət göstərməyə başlayıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçularının sağlamlıqlarının nəzarətdə saxlanılması üçün TƏBİB-ə müraciət edib. Müraciət əsasında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) Stansiyasının “113” dispetçer mərkəzinin və Xocavənd Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından ibarət iki …

Read More »

Laçına müvəqqəti komendant təyin olunub

Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Xatırladaq ki, Laçın Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Adil Əsədovdur. Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. …

Read More »

MN: “Laçın şəhəri, Zabux və Susda mühəndis işləri görülür”

Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis işləri görülür. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. “Hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir”, – məlumatda bildirilib. Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. …

Read More »

Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olmasını əks etdirən görüntülər yayılıb – VİDEO

Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olmasını əks etdirən görüntülər yayılıb. Boyukmillet.com-un xəbərinə görə, Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb: “Hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi …

Read More »

Laçından olan professor: “Laçın şəhərinə qayıtmağımız böyük qələbəmizin növbəti təzahürüdür”

“Laçının bu gün Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətinin nəticəsi, rəşadətli ordumuzun hünəri, şəhidlərimizin qanı hesabına mümkün olub”. Bu sözləri “Report” a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Laçından olan professor Müseyib İlyasov deyib. Onun sözlərinə görə, bu, Azərbaycanın böyük qələbəsinin növbəti, sonuncu olmayan təzahürüdür və eyni zamanda …

Read More »

Laçın dəhlizində Rusiya sülhməramlılarının postları sökülür

Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir. Bununla da Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri aid olduğu dövlətin – Azərbaycanın nəzarətinə keçəcək. Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin …

Read More »

Təşkilat rəhbəri: “Laçında 1 kvadratmetr ərazidə 10 mina aşkar olunur”

“Laçında 1 kvadratmetr ərazidə 10 mina aşkar olunur. Tapılan minaların əksəriyyətinin üzərində isə 2021-ci il yazılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzində (STM) “Laçın və Laçın yolu: Vətən müharibəsində qələbənin strateji vektoru” mövzusunda keçirilən dəyirmi masada Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib. Onun sözlərinə görə, təkcə BAMF tərəfindən aparılan araşdırmalara görə Birinci Qarabağ müharibəsindən sonra …

Read More »

Laçını tərk etməyə hazırlaşan ermənilər meşəyə od vurub – VİDEO

Bir neçə gündür ki, ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır. Boyukmillet.com xəbər verir ki, bu dəfə ermənilərin Laçın meşələrinə od vurmalarını əks etdirən görüntülər yayılıb. Onlar bu dəfə də heç bir beynəlxalq hüquqa əhəmiyyət vermədiklərini göstərmiş olurlar. Çünki meşələrin yandırılması birbaşa insanlığa qarşı qəsd, ekoloji terrordur. Görünür, şovinist düşüncəli erməniləri özlərindən başqa kimsə düşündürmür. Tarixən özgə …

Read More »

Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb

“Şuşa virtual təbliğat mərkəzi” adlı layihənin icrasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, layihəni “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir. Təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, Şuşanın virtual təbliği məqsədi ilə sayt yaradılacaq. Sayt bir neçə dildə fəaliyyət göstərəcək. İnternet resursda Şuşa şəhərinin tarixi, tarixi-mədəniyyət abidələri, eksponatları, Şuşa rayonunda yazıb yaratmış tarixi …

Read More »