Cümə , 9 Yanvar 2026

Qarabağ

Azərbaycan lideri: “Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var”

Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib. “Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan …

Read More »

Parisdə “Erməni Dağlıq Qarabağı” adlı foto-sərgi keçirilir…-FOTO

“Bu cür hallar yalnız Fransadakı erməni lobbisinin güclülüyündən deyil, həm də Azərbaycan diasporunun zəifliyindən irəli gəlir…” Fransa paytaxtında “Erməni Dağlıq Qarabağı” adlı foto-sərgi keçirilir. Boyukmillet.com xəbər verir ki, bu haqda məlumat və foto sosial şəbəkələrin erməni seqmentində yayılıb. Dekabrın 14-dən başlanan və 2024-cü il yanvarın 15-dək davam edəcək foto-sərgi Parisin Bastiliya meydanında, Paris meriyasında və muzeylərdən birində keçirilir. P.S. Bu cür …

Read More »

Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək – RƏSMİ

Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək. “Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.

Read More »

Ağdam, Kəlbəcər və Tərtərin nə qədər ərazisinin Ağdərəyə veriləcəyi məlum olub

Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr ərazi yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək. Boyukmillet.com xəbər verir ki, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə veriləcək. Qeyd edək ki, Ağdərə rayonunun …

Read More »

Azad edilən ərazilərə 639 reys təşkil olunub, 27 minə yaxın şəxs yurdunu ziyarət edib

“Yolumuz Qarabağa” portalı üzərindən Şuşa, Ağdam və Füzuli şəhərinə indiyədək ümumilikdə 639 reys həyata keçirilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov Şuşa şəhərində keçirilən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun …

Read More »

Füzuliyə daha 122 ailə köçürüləcək, püşkatma keçirilib

Böyük Qayıdış üzrə I Dövlət Proqramı çərçivəsində Füzulidə tikilən yaşayış məhəllələrinə növbəti mərhələdə 122 ailə (461) nəfər köçürüləcək. Bu barədə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad ermiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) …

Read More »

BMT BM: Azərbaycan Qarabağ ermənilərinin geri qayıtma azadlığını təmin edəcək

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi (BMT BM) Ermənistanın müraciəti ilə bağlı bu gün keçirilən iclasında Azərbaycanın Qarabağın erməni əhalisinin hüquq və azadlıqlarını təmin etməli olması ilə bağlı qərar çıxarıb. Boyukmillet.com xəbər verir ki, qərarın lehinə 13, əleyhinə isə 2 səs verilib. Məhkəmə sədri Coan Donahyunun oxuduğu qərarda bildirilir ki, Azərbaycan bu il sentyabrın 19-dan sonra Qarabağı tərk etmiş və qayıtmaq …

Read More »

XİN: “Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını müdafiə etməyə sadiqdir”

“Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı yaydığı məlumatda deyilir. Bildirilib ki, məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini …

Read More »

Şuşada elektrik mühərrikli sərnişin avtobusları fəaliyyət göstərəcək

Şuşa şəhərində kiçik tutumlu və elektrik mühərrikli sərnişin avtobusları fəaliyyət göstərəcək. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, Şuşada daxili küçə və yol şəbəkəsinin yenidən qurulması layihəsi ilə paralel olaraq şəhərin ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi də aparılacaq: “Yol şəbəkəsinin qurulması ilə birlikdə ictimai nəqliyyat da fəaliyyətə başlayacaq. Şuşa …

Read More »

Şəhid qardaşı etiraz edir…

Şəhid Toğrul Məmmədovun qardaşı, Üzeyir Məmmədov laqeyidlikdən gileylənərək, müraciət edib. Boyukmillet.com sözügedən müraciəti təqdim edir: Mən Şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov. Şəhid qardaşım haqqında Sizə qısa məlumat vermək istəyirəm. Toğrul 2016-cı ildə düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmışdır. 2010-cu ildə Ağdamda xidmətə başlayıb, 5 il ön cəbhədə xidmət etdikdən sonra, Bakıda yerləşən hərbi hissəyə xidmət rəyisi təyin olunub. …

Read More »