Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA – Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında yaradılır) yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reyslərinin açılmasını planlaşdırır. Bu barədə qurumdan bildirilib. Məlumata görə, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir. Bu məqsədlə daşıyıcıların …
Read More »Leyla Əliyevanın təşəbbüsü ilə Şuşada kütləvi ağacəkmə aksiyası keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsi uğurla davam etdirilir. IDEA -dan verilən məlumata görə, dekabrın 13-də gənc ekoloqlar Şuşa şəhərinə səfər edib, ərazinin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işlərinin aparılması, eləcə də su və torpaq nümunələrinin götürülməsində iştirak ediblər. …
Read More »Şuşada iki nəfər minaya düşərək həlak olub
Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış …
Read More »Prezidentin köməkçisi azad olunan ərazilərə getmək istəyənlərə müraciət edib
“Vətəndaşlarımızın bura səfərləri təşkil olunur. Yaxınlarda məlumat verildi ki, bu dövr ərzində bizim 24 nəfər vətəndaşımız minadan həyatını itirib. Bunun özü böyük faciədir. Vətəndaşlarımıza sizin tribunanızdan istifadə edib səslənmək istəyirəm ki, səbrli olsunlar. Dövlətin əsas vəzifələrindən biri öz vətəndaşının təhlükəsizliyini təmin etməkdir”, – E.Hüseynov qeyd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş …
Read More »Emin Hüseynov: “Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir”
“Təqdim edilən xəritələrin dəqiqliyinə də tam əmin olmaq təhlükəlidir. Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq. Bunun səbəbi o idi ki, həmin o keçmiş təmas xətti dediyimiz ərazi o qədər partlamamış hərbi sursatlarla, piyada və tank əleyhinə minalarla dolu idi. Eni 5 kilometr olan bir zolaqda minalar sanki yük maşınından yerə boşaldılmışdı. …
Read More »Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
İşğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi …
Read More »Azərbaycanlıların Ermənistandan deportasiyasından 33 il ötür
Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından 33 il ötür. Boyukmillet.com -un xəbərinə görə, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “5 dekabr – deportasiyanın anım günü”adlı tədbir keçirilib. Toplantıda Milli Məclisin deputatları, alimlər, Qərbi Azərbaycan İcmasının üzvləri, icma sədrləri, xaricdəki nümayəndələri və digər şəxslər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Azərbyacanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü …
Read More »Qarabağda biznes fəaliyyəti göstərmək üçün 900-dan çox müraciət daxil olub
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub. Boyukmillet.com xəbər verir ki, bunu nazir müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib. Onun sözlərinə görə, müraciətlərin təxminən 1/3-i xarici, qalanı isə yerli şirkət və sahibkarlara məxsusdur. “İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, …
Read More »Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
İşğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir. Daxili İşlər Naziliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin …
Read More »Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi yaradılıb, nümayəndə təyin olunub
Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
