İşğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası işləri davam etdirilir. Bu ərazilərə investisiya yatırmaq istəyən sərmayədarların sayı da artır. İlk olaraq hansı ərazilərə avtobus xətləri açılacaq? Nəqliyyat xətləri yenidən qurulacaq? Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev məlumat verib. O bildirib ki, daşıyıcıların müəyyənləşdirilməsi üçün müsabiqələr keçiriləcək: “Həmin ərazilərdə təxminən 22 avtomobil nəqliyyatı təsərrüfatı olub. Bu səbəbdən də …
Read More »Daşnaksütyun təmsilçisi Qarabağda – Sülhməramlılar hara baxır? – FOTO
Azərbaycanın sərt xəbərdarlığından nəticə çıxarmayan Ermənistan siyasətçiləri Qarabağa icazəsiz səfərlərini davam etdirirlər.Son iki gün ərzində Daşnaksütyun partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan Xankəndi şəhərində olub. Boyukmillet.com erməni mediasına istinadən xəbər verir ki, daşnak Saqatelyan Qarabağdakı qanunsuz qurumun oyuncaq “xarici işlər naziri” David Babayan, “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan, müxtəlif ictimai-siyasi şəxslər, o cümlədən keçmiş “yüksək çinlilər”lə görüşüb. “Aravot” qəzeti yazıb …
Read More »20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub
Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş …
Read More »Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı
Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti ilə görüşündə deyib. A.Kərimov nümayəndə heyətlərinin Ağdam və Füzuli rayonlarının işğaldan azad olunan ərazilərinə …
Read More »Yeni yaradılan Fondun fəaliyyət istiqamətləri AÇIQLANDI
Yeni yaradılan Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib.Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində yer alıb.Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:1. müvafiq sahənin inkişafını təmin etmək;2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında …
Read More »Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi və strukturu təsdiqləndi
Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” və “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilib. Müəyyən edilib ki, Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır. Fonda əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların …
Read More »Rusiyanın XİN başçısı: “Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidir”
“Erməni rəsmilərinin Qarabağdakı siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan çəkinmək daha yaxşı olardı”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən bəyanatlara şahid olmuşuq: “Yeni müharibə – yeni ərazilər” (Ermənistan keçmiş müdafiə naziri David Tonoyanın sözlərini nəzərdə tutulur – “Report”). Sözlə material gücə çevrilir. Bu sözlər …
Read More »Gürcüstanda növbəti erməni yalanının ifşası: 15 il əvvəl ölən müğənni konsert “verəcək” – ARAŞDIRMA
ABŞ-da təsis olunan və Gürcüstanda da bölməsi olan Çoxşaxəli Diplomatiya İnstitutu (IMDT) adlı qeyri-hökumət təşkilatı yanvarın 20-də “Artsax Beynəlxalq Həmrəylik” adlı onlayn xeyriyyə konsertinin keçiriləcəyini elan edib. Boyukmillet.com xəbər verir ki, elanda tədbirdən toplanacaq vəsaitin “Hayastan” ümumermənistan fonduna ödənəcəyi və qondarma “Artsax”ın “xalqı” üçün xərclənəcəyi bildirilib. Təşkilatın məlumatına əsasən, konsertdə Böyük Britaniya, ABŞ, Gürcüstan və digər ölkələrdən olan müğənnilər iştirak …
Read More »Qarabağa avtobus marşrutlarının təşkilinə dair pasportlar hazırlanıb
2020-ci ilin yanvar ayında işğal altından azad olunan Cocuq-Mərcanlıya ilk marşrut xəttinin açılışı təmin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 2020-ci ilin hesabatında bildirilir. Sənəddə həmçinin deyilir ki, işğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması üzrə pasportlar hazırlanaraq, daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil …
Read More »Şuşada beşmərtəbəli binada yanğın olub
Şuşa şəhərində beşmərtəbəli binada yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Read More »