Şənbə , 27 Aprel 2024

Qarabağ

Azad olunmuş bütün şəhərlərdə açıq səmada işğal muzeyləri yaradılacaq

“Şəhərlər bərpa olunarkən hesab edirəm, hər bir şəhərdə dağıdılmış yerlər qalmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. Şəhərsalma işləri aparılarkən müəyyənləşdirib, sonra mənə məruzə edin, misal üçün, Ağdam şəhərinin, Füzuli şəhərinin, digər şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalsın, Ermənistan işğalının açıq səma altında muzeyi kimi”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin …

Read More »

Suqovuşanda erməni hərbçilərin meyiti tapılıb

Tərtər rayonunun Suqovuşan kəndində 4 erməni hərbçinin meyiti aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı qondarma rejimin “fövqəladə hallar xidməti” açıqlama yayıb Məlumatda axtarış işlərinin bu gün Talış-Suqovuşan və Füzuli-Hadrut istiqamətində aparıldığı vurğulanıb.

Read More »

Erməniləri Xudavəngə buraxmadılar

Erməniləri Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırına buraxmayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Xudavəngi ziyarət etmək istəyən Ermənistan sakini Yevgeniya Yengibaryan öz feysbuk hesabında yazıb. “Milad günü xoşagəlməz hadisə ilə başladı. Rəfiqəm ilə Xudavəngə gedə bilmədik. Ora səfərlərin hər bazar olmasına baxmayaraq, məhz bu gün orada olmaq istədik. Bizim 40 nəfər olmağımıza baxmayaraq, həmçinin ziyarət etmək istəyənlərin sayında məhdudiyyətin olmaması …

Read More »

Ermənilər Azərbaycana qaytarılan Şurnux kəndində evləri yandırıblar

Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan Qarabağ bəyanatına əsasən işğaldan azad edilərək Azərbaycana qaytarılan Şurnux kəndini tamamilə tərk edən erməni ailələri Gorusa, bir ailə isə Qafana gedib. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, ermənilər Şurnuxu tərk etməzdən əvvəl orada dağıntılar törədiblər, eyni zamanda kənddəki evləri yandırıblar. Şurnuxda yaşamış Akop …

Read More »

Dövlət Komissiyası: Ermənilər 1992-93-cü illərdə 872 nəfəri əsir və girov götürüb

“Bizdə olan məlumata görə, ermənilər tərəfindən 1992-93-cü illərdə 872 nəfər əsir və girov götürülüb”. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. “Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın aidiyyatı qurumlarına müraciət edilib. Ancaq onlar bunu təsdiq etməyiblər”, – o bildirib.

Read More »

Qarabağdakı silahlı ermənilərin əsas hədəfi budur – Borisov

Qarabağda qalan qanunsuz erməni silahlı qrupların fəaliyyətində ən çox ehtimal olunan ssenarilərindən biri enerji və nəqliyyat şəbəkələrinə qarşı təxribatlar törətmək ola bilər. Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, bu barədə rusiyalı təhlilçi Mixail Borisov “Vestnik Kavkaza”dakı məqaləsində yazıb. Onun sözlərinə görə, uzun müddətdən bəri gözlənilən Dağlıq Qarabağın işğaldan azad edilməsinə əlavə olaraq bölgəyə yeni infrastruktur layihələri üçün imkanlar açılıb. “Bakı Naxçıvana …

Read More »

Qanunsuz şəkildə erməni kəndinə birləşdirilmiş ərazi Azərbaycana təhvil verildi

Bir qismi Qubadlı rayonunun ərazisinə düşən və Ermənistanın Sünik vilayətinin Şurnuxu kəndinə qanunsuz şəkildə birləşdirilmiş 12 evin yerləşdiyi ərazi Azərbaycana təhvil verilib. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Gorusun icma başçısının müavini Menua Ovsepyan bildirib. Onun sözlərinə görə, ermənilər heç bir təhlükə hiss etmirlər. O həmçinin Azərbaycan tərəfinin artıq kənddə nəzarət postu qurduğunu açıqlayıb. Qeyd edək ki, 1990-cı …

Read More »

Sabahdan Ağdamda minaların təmizlənməsi əməliyyatlarına başlanılacaq

Sabahdan etibarən Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 hektar ərazinin minadan və partlamamış hərbi sürsatlardan təmizlənməsi əməliyyatlarına başlayacaqlar. Boyukmillet.com-un Qərb Mərkəzinin məlumatına görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini Ragim Lətifov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq Rusiya tərəfi xüsusi avadanlıqları özləri ilə Azərbaycana gətiriblər: “Həmin …

Read More »

Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəlir

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün “IL-76” təyyarəsi ilə Azərbaycana doğru istiqamət alıblar. Boyukmillet.com Rusiya FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 nəfərdən ibarət olan qrupa pirotexniklər və xilasedicilər daxildir. Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var. Humanitar missiya çərçivəsində pirotexniklər …

Read More »

Rusiya MN Qarabağla bağlı məlumat yaydı

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı vasitə aşkar edərək zərərsizləşdiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. “Əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən Dağlıq Qarabağda 400 hektardan çox ərazi, 151 kilometr yol, 617 bina, o cümlədən 22 sosial əhəmiyyətli obyekt minalardan …

Read More »