Cümə axşamı , 28 Mart 2024

QHT

“İki mehriban düşmənin ” hikkəsi

Əziz həmkarlar, QHT sektoru ilə bağlı həyəcan siqnalı verdikcə, üzərimə media vasitəsilə hücumlar çoxalır. Azərbaycan qadınına yaraşmayan dələduz ifadəsi işlədilir. Hər halda bu işlərin arxasında dayanan məmurlar bunu görür, yəqin ki, xəcalət çəkirlər. Mən yalnız QHT Agentliyindəki qanunsuzluqları, tender oyunlarını, korrupsiya əməllərini və s. işıqlandırmıram. Ümumiyyətlə bu sektorla bağlı narahatedici məqamları diqqətə çatdırmaq istəyirəm.Dünəndən bəzi şəxslərin bu sektora gətirilməsi, bəzilərinin …

Read More »

QHT sədri yazır: Zəfər Günündən də pul qazanmaq dövlətə xəyanətdir

Bu gün Əsgər Ailələrinə Dəstək, Qadın və Cəmiyyət ictimai birlikləri ailəsində xoşbəxt anlar baş verdi. On beş şəhid ailəsi Zəfər günümüzü təbrikə gəlmişdilər. Həm Şəhid Ailələri, Qazilər Mərkəzinin açılışını təbrik etməyə, həm də fəaliyyətinizlə tanış olub üzv olmağa gəlmişdilər! Bizim təşkilatları seçdiklərinə görə çox minnətdarıq! Müxtəlif problemləri mövcuddur.Şəkil çəkdirdik. Amma onlara söz verdik ki, 50 faiz işlərində dəstək olandan sonra …

Read More »

QHT Agentliyi yeni islahat adı ilə köhnə təklifi gündəmə gətirdi

Kimin nə deməsində asılı olmayaraq, QHT Agentliyi ilə bağlı heç bir fikrimdə qərəz yoxdur. Tənqid edirəm, düşünürəm ki, haqlı tənqiddir.Bundan sadəcə nəticə çıxarmaq lazımdır, əks halda üzərimə trol kimi Əli Kərimlinin partiyadaşlarını tökmək lazım deyil (özünüz söhbətin kimdən getdiyini yaxşı bilirsiniz). 2 məsələyə toxunmaq istəyirəm. Birincisi, 7 ay durğunluqdan sonra QHT Agentliyində yeni qrant müsabiqələrinin inqilabi dəyişiklik və ya yeni …

Read More »

“LOGFRAME” oyunu, yoxsa QHT-ləri “məntiqi” çərçivəyə salmaq?

Bu gün sizlərin diqqətinə QHT Agentliyinin dünənki “zoom” tədbirinin fotolarını təqdim etdim, öz saxtakarlıqlarına görən kimi hər yerdən yığışdırdılar. Bir qədər əvvəl isə yeni versiyanı yerləşdirdilər. Amma mən hamısının çıxarışını saxlamışam.Keçək dünənki tədbirin əsas mahiyyətinə. Həcmi böyük olduğu üçün tədbirin videosunu buradan yaymaq istəmirəm, amma çalışacam kiçik bir hissəni bu günün sonuna qədər sizin diqqətinizə təqdim edim. Əlavədə sizlərə QHT …

Read More »

QHT layihənin növbəti tədbirini Zəngilanda keçirdi

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin  icra etdiyi  “Türk dünyasının mədəniyyət paytaxtı- Şuşa” yeniyetmə, gənclərin gözü ilə rəsmlərdə  mövzusunda rəsm müsabiqələrinin və görüşlərin təşkili layihəsi çərçivəsində daha bir tədbir keçirildi. YeniZamantv.az-a müsahibə verən Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı bunları deyib: Layihə çərçivəsində aylardan bəri hazırlaşdığımız səfər Zəngilan rayonunda baş tutdu.40 rəssam,şəhid, qazi ailələrinin, QHT, mətbuat nümayəndələrinin də iştirak etdiyi …

Read More »

Qarabağ Etüdləri- FOTO

Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Agentliyinin yardımı  ilə “Türk Dünyasının Mədəniyyət Paytaxtı – Şuşa yeniyetmə, gənclərin gözü İlə rəsmlərdə” mövzusunda rəsm müsabiqələrinin və görüşlərin təşkili layihəsinin yekununu Beynəlxalq Qalereyada sərgi təşkil etdi. Layihə rəhbəri və ictimai birliyin sədri Mətanət Əsgərqızı tədbiri açdı. Tədbirdə QHT rəhbərləri, şəhid ailələri iştirak edirdi. Layihə barədə kiçik məlumat …

Read More »

QHT- ləri bir- birinə düşmən etmək istəyənlər öz layiqli cəzalarını alacaqlar

Əgər bu sektor bu günə qoyuldusa, görün ölkədə nə qədər haqqı tapdanan var. Bəli, səsimizi yazırlar, montaj edirlər, digər QHT-lərə və yuxarı instansiyalara göndərirlər. Ən iyrənc oyun səfər qrantları ilə bağlıdır. Kimlər qrant almamışdı, çoxlarına səfər qrantı verilərək, indi haqqı deyən, neqativ hallara, oyunlara qarşı olanlara, yəni bizlərə qarşı qaldırırlar. Artıq cücərtiləri var. O qədər naşıdılar ki, sifariş verilən yazıya, …

Read More »

QHT sektorunu belə idarə edirik? – ETİRAZ

QHT sektorundakı neqaivlərin ifşası davam edir. DİA.AZ bildirir ki, bu dəfə də əslində hüquqi baxımdan araşdırılması vacib olan faktlar təqdim olunmaqdadır.İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT sektorunu silkələməkdə davam edir. Boyukmillet.com xəbər verir ki, DİA.AZ İSBAM sədrinin növbəi açıqlamasını əqim edir:“Dünən tədbirlərimiz olduğu üçün bu gün yazmağa imkan yarandı.Bir neçə gün öncə həmsöhbət olduğum …

Read More »

QHT Agentliyi Nazirlər Kabinetinin qaydalarındakı bəzi məqamları doğru saymadı

Hörmətli həmkarlar, QHT Agentliyinin yeni mətbuat katibinin müsahibəsinin bəzi ziddiyətli məqamlarını diqqətinizə təqdim etmək istəyirəm. Həmin məqamlara keçməmişdən öncə bir məqamı qeyd etmək istəyirəm. Ayrı-ayrı dövlətlərdə mövcud olan donor təşkilatlarının, habelə BMT, Avropa Komissiyası və bu kimi digər qrant verən qurumların təcrübəsinə baxdıqda görürsən ki, onların qrant siyasəti on illərlə dəyişmir.Dəyişən prioritetlər, mövzular və məbləğlərdir. Çünki qrant siyasəti əvvəldən sağlam …

Read More »

Dövlət maraqlarını cib maraqlarına dəyişənlərin arxasında kimlər durur?

Gözlərini qan örtənlər və ya cəmiyyətin bütün diqqəti üstlərində olduğu halda dövlət maraqlarını cib maraqlarına dəyişənlərin arxasında kimlər durur? Boyukmillet.com xəbər verir ki, aylardır bu sual məni çox maraqlandırır. Araşdırmalar və yaxın mənbələr adlar çəkirlər. Tutuşduranda gəlib eyni adamların üstünə çıxır. Bu adamlar da dövlətin böyük postlarını tuturlar. Eyni gəmidə olduqlarından, bir-birinin yanında çoxlu neqativ faktların şahidləri bu insanlar aylardan …

Read More »