“Biz yüngül silahlar, helikopterlər, haubitsalar, pilotsuz uçuş aparatları və gəmilər istehsal edirik. Onları dost və qardaş ölkələrə ixrac edirik”.“ Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.Nazir əlavə edib ki, Türkiyə silah istehsalını inkişaf etdirmək niyyətindədir: “Biz bu səviyyəni daha da irəli aparmalıyıq. Nə qaldı, təyyarə və tank qaldı. Biz həm təyyarələr, həm də tanklar istehsal …
Read More »NATO-nun Hərbi Komitəsi Türkiyədəki qərargahlarda yoxlamalara başlayıb
NATO-nun Hərbi Komitəsinin nümayəndə heyəti Türkiyəyə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, İzmir və İstanbuldakı müxtəlif qərargahlarda yoxlamalar aparılıb. Məlumata görə, digər birliklərdə də yoxlamaların aparılacağı və NATO-nun oradakı şəraitlə tanış olacağı gözlənilir.
Read More »Xarkov raket atəşinə tutulub, 6 nəfər yaralanıb
Bu gün səhər saatlarında Rusiya ordusunun Ukraynanın Xarkov şəhərini raket atəşinə tutması nəticəsində 6 dinc sakin yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Xarkov vilayəti hərbi administrasiyasının başçısı Oleq Sinequbov bildirib. Onun sözlərinə görə, raket hücumu zamanı sənaye müəssisələrinin birində və yaşayış evlərində dağıntılar yaranıb. Hazırda dağınıtının nəticələrini aradan qaldırmaq üçün aidiyyəti sahə xidmətinin əməkdaşları hadisə yerində işləyir. Qeyd …
Read More »Özbəkistan və Türkmənistan liderləri arasında görüş olub
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədov arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidmətindən bildirilib. Liderlərin görüşündə hansı məsələlərin müzakirə olunduğu açıqlanmayıb. Qeyd edək ki, Ş.Mirziyoyev Türkmənistanın paytaxtı Aşqabadda rəsmi səfərdədir.
Read More »Ermənistanın müharibə cinayətləri ilə bağlı Avropa Parlamenti və AŞPA-ya müraciət edilib
Ermənistanın müharibə cinayətləri ilə bağlı Avropa Parlamenti və AŞPA-ya müraciət edilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin bombardman etdiyi Azərbaycan şəhərləri ilə bağlı Avropa Parlamentinə və Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edib. Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədovun adından avropalı parlamentarlara …
Read More »Rusiya Rostovdan Ukrayna ərazisinə raketlər buraxıb
Rusiyanın Rostov vilayətindən Ukrayna ərazisinə “Tu-95” vasitəsilə “X-101” raketi buraxılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Ukraina online” yayıb. Məlumata görə, Ukraynanın Sumı vilayəti istiqamətində 4 raket atılıb. Bildirilib ki, Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla ölkənin bir sıra vilayətlərində irimiqyaslı hava həyəcanı siqnalı verilib.
Read More »Türkiyə yaxınmənzilli ballistik raket sınaqdan keçirib
Türkiyə ordusu yaxınmənzilli ballistik raket sınaqdan keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. İki mənbənin agentliyə verdiyi məlumata görə, “Tayfun” raketi səhər saat 07:00 radələrində Rizə şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 km məsafədə qət edərək Qara dənizin Sinop şəhəri yaxınlığındakı sahillərinə düşüb. Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib. “Bloomberg” qeyd …
Read More »Rusiyada səfərbərlik çərçivəsində orduya çağırılan azı 16 nəfər Ukraynada ölüb
Rusiyada qismən səfərbərlik çərçivəsində ölkənin müxtəlif regionlarından orduya çağırılan 16 nəfər Ukraynada cəbhədə ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Moscow Times” yazıb. Bildirilib ki, oktyabrın 15-də qismən səfərbərlik çərçivəsində cəbhəyə göndərilən 5 hərbi qulluqçunun həlak olması barədə məlumat yayılıb. Sankt-Peterburqdan olan müəllim və Krasnoyarsk diyarının sakinləri Ukraynadakı müharibədə ölüb. Səfərbər olunanlardan ən gəncinin 23 yaşı var idi. Sankt-Peterburqun 631 …
Read More »Türkiyə Prezidenti “Bartindəki hadisə ilə bağlı ən xırda ehtimalı da nəzərdən qaçırmayacağıq”
“Bartindəki hadisəni detallı şəkildə araşdıracaq, ən xırda ehtimalı da nəzərdən qaçırmayacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb. O bildirib ki, müxtəlif nazirlərin partlayışla bağlı işləri davam edir. Ədoğan, həmçinin həlak olan şəxslərin ailələrinə başsağlığı verib. Xatırladaq ki, bu gecə Türkiyənin Bartin şəhərindəki mədəndə baş vermiş partlayış nəticəsində 40 nəfər ölüb.
Read More »Putin Ərdoğana başsağlığı verib
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib. Xatırladaq ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.
Read More »