Cümə axşamı , 19 Fevral 2026

Region

Ukrayna Baş Qərargahı: “Son sutkada Rusiyanın 20 tankı məhv edilib”

“Son sutkada Ukraynada Rusiya ordusunun daha 20 tankı məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, ötən gün Rusiyanın daha 460 hərbçisi zərərsizləşdirilib. Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 50610-a çatıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 097 tank, 4 520 zirehli döyüş maşını, 1 …

Read More »

Ərdoğan Putinin Avropaya qaz sanksiyalarına haqq qazandırıb

“Avropa əkdiyini biçir. Putinə (Rusiya Federasiyasının Prezidenti Vladimir Putin – red.) qarşı Avropanın mövqeyi, sanksiya tətbiq etməsi istər-istəməz Putini də onlara qarşı “siz belə edirsinizsə, mən də belə edərəm” səviyyəsinə çatdırıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə brifinqdə bildirib. “Putin isə əlindəki bütün imkan və alətləri istifadə edir. Bunlardan ən önəmlisi …

Read More »

Türkiyə Prezidenti Yunanıstana xəbərdarlıq edib

“Yunanıstan Türkiyəyə necə münasibət göstərəcəyi barədə ətraflı düşünəcək. Əks halda hər dəfə dediyim kimi, bir gecə qəfil gedə bilərik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə keçirdiyi brifinqdə bildirib. “Son həftələr çıxışlarımda Yunanıstanla bağlı açıqlamalarım, yəqin ki, diqqətinizi çəkib. Müdafiə Nazirliyimiz lazımi müzakirələri aparır. Yuanıstan baş verənlərin fərqindədir və buna görə …

Read More »

Çavuşoğlu: “Azərbaycanın Qarabağ qələbəsindən sonra Cənubi Qafqazda sülh imkanı yarandı”

“Azərbaycanın Qarabağda qələbəsindən sonra Cənubi Qafqazda sülh imkanı yarandı. Hərtərəfli sülh sazişi üçün danışıqlar davam edir”. Boyukmillet.com  xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı ilə Ketrin Kolonna ilə görüşündə deyib. Çavuşoğlu həmçinin Fransanın Ketrin Kolonnadan Fransadakı türk və müsəlman icmalarının məscid və dərnəklərinin təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri görməyə çağırıb. “Fransadakı türk və müsəlman …

Read More »

Türkiyədə azərbaycanlılar arasında atışmada 1 nəfər ölüb, saxlanılanlar var

Türkiyədə azərbaycanlılar arasında atışma olub. Bu barədə Boyukmillet.com  Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə gecə saatlarında İstanbulda qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər – Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən 2 ədəd tapança aşkar …

Read More »

Rusiyada tutulan şəxslər Azərbaycana ekstradisiya edilib

Rusiyada tutulan şəxslər Azərbaycana ekstradisiya edilib. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Şirvan Şəhər Polis İdarəsinin icraatında olan cinayət işi üzrə Loğman Mütəllimovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin icraatında olan cinayət işi üzrə isə Ruslan İbrahimzadənin xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmələrinə dair əsaslı şübhələr …

Read More »

Ukraynadan İtaliyaya üzən gəmi Türkiyədə qəzaya uğrayıb

Ukraynadan İtaliyaya üzən gəmi Türkiyədə qəzaya uğrayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb. Üç min ton qarğıdalı ilə üzən “Lady Zehma” quru yük gəmisi İstanbulun Bebek səmtinin yaxınlığında Bosfor boğazından keçərkən çırpılıb. Nəticədə boğazda nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə 4 yedək gəmisi göndərilib.

Read More »

KİV: “Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin növbəti görüşü Brüsseldə keçiriləcək”

Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın üçüncü görüşü Belçikanın paytaxtı Brüsseldə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Bildirilib ki, növbəti görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündən sonra – bu ay ərzində baş tutacaq. Xatırladaq ki, ötən gün Rusiyanın paytaxtı Moskvada Azərbaycanın Baş nazirinin müavini …

Read More »

Türkiyə lideri: “Ankaranı F-35 alıb-almaması narahat etmir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində Zəfər Gününə həsr olunmuş təntənəli konsertdə iştirak edib. Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, konsertdən əvvəl çıxış edən Türkiyə dövlət başçısı F-35 döyüş təyyarələrinin tədarükü məsələsinə toxunub: “Amerika Yunanıstana bizə vermədikləri F-35-ləri təklif etməklə Rusiyanın hava hücumundan müdafiəsinin bu təyyarələrlə eyni sistemdə olmasına yol açdı. Ankaranı ona (ABŞ – Red) F-35 verib-verməməsi …

Read More »

Mixail Qorbaçov ölüb

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ölüb. Bu barədə Boyukmillet.com  “TASS”a istinadən xəbər verir. Mərkəzi Klinika Xəstəxanası bildirib ki, 92 yaşlı Mixail Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında dünyasını dəyişib. SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud …

Read More »