Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Özbəkistana yeni xarici işlər naziri təyin olunub

Özbəkistanın Ali Məclisi (Oli Majlis) Vladimir Norovun xarici işlər naziri postuna namizədliyini təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, məlumatı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Xatırladaq ki, V.Norov bu ilin aprelindən XİN başçısının səlahiyyətlərini icra edir. Ondan əvvəl nazirliyə Abduləziz Kamilov rəhbərlik edib.

V.Norov 2006-2010-cu illərdə də Özbəkistan xarici işlər naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, V.Norov 1955-ci ildə anadan olub. O, Özbəkistanın Almaniya, İsveçrə, Polşa, Belçika, Lüksmburq ölkələrində, Avropa İttifaqı və NATO-da missiyasına başçılıq edib, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi olub.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …