“Bu gün xoşməramlı addım olaraq Rusiya hərbçiləri İlan adasında tapşırıqları yerinə yetirib və orada yerləşən qarnizonu geri çəkiblər”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. Həmçinin Rusiya Müdafiə Nazirliyi bu addımı onunla izah edib ki, Rusiya BMT-nin kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmur. “Bu qərar Kiyevə Rusiyanın Qara dənizin şimal-qərb hissəsinə tam …
Read More »Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”
Rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycandan üzr istəyib. Boyukmillet.com xəbər verir ki, o, üzrxahlığını “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda çatdırıb. “Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin başlıca prioritetlərindəndir. Şəxsən mən bu prioritetlə tam razıyam. Dünən mənim səhər efirimdə elə bir hadisə baş verdi ki, bu, Bakıda qəbuledilməz kimi qiymətləndirildi. Mən öz adımdan Azərbaycandan üzr …
Read More »Türkiyədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, yoluxan immunitet problemi olan 37 yaşlı şəxsdir. Həmçinin nazir qeyd edib ki, xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasda keçir.
Read More »İtaliya Ukraynaya ağır silahlar verəcək
İtaliya Almaniya və Niderland kimi, Ukraynaya ağır silahlar verəcək. Texnikanın dəqiq siyahısı hələlik məxfi saxlanılır. Boyukmillet.com “Politico”ya istinadən xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rütte bildirib. İtaliya Müdafiə Nazirliyindən Ukraynaya haubitsaların verilib-verilməyəcəyi açıqlamayıb və təqdim ediləcək texnikanın siyahısının məxfi saxlanıldığını bildirilib.
Read More »Putin: “Finlandiya və İsveçə NATO kontingenti yerləşdirilsə, cavab verəcəyik”
Əgər Finlandiya və İsveçə NATO kontingenti yerləşdirilsə, Rusiya buna cavab verəcək. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Putin qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasının əleyhinə deyil, çünki Rusiya Federasiyasının bu ölkələrlə Ukrayna ilə olduğu kimi problemləri yoxdur. Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olmasından narahat deyil, lakin alyansın hərbi infrastrukturunun bu ölkələrdə yerləşdirilməsinə qarşılıqlı …
Read More »Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
Rusiyanın Baş naziri Mixail Mişustin və Dövlət Duması sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. Dövlət başçısı Baş nazirin Bakıya səfərinə hazırlıq barədə bildirib. Həmçinin qeyd edib ki, Dövlət Duması sədri Vyaçeslav Volodin də Azərbaycana səfər edəcək. “Bizim Baş nazirimizin və Dövlət Duması sədrinin səfərinə hazırlıq görülür”, – Putin vurğulayıb.
Read More »Rusiyada helikopterin sərt enişi zamanı onlarla insan xəsarət alıb
Rusiyada helikopterin sərt enişi zamanı onlarla insan xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, hadisə Yakutiyada qeydə alınıb. “Mi-8” helikopteri dünən axşam saatlarında Aldan rayonunda sərt eniş edib. Nəticədə 23 nəfər xəsarət alıb. Onlardan 7 nəfərin vəziyyəti ağır, digər 7 nəfərin vəziyyəti orta ağır, 9 nəfərin vəziyyəti isə yüngül qiymətləndirilir. Yaralılar Yakutska aparılıb. İnsident zamanı helikopterdə üç ekipaj üzvü və aviasiya …
Read More »Rusiya və İran prezidentləri Aşqabadda görüşüblər
Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkə liderləri müntəzəm olaraq təmasdadırlar, həmçinin çoxtərəfli görüşlərdə çıxış edirlər. Prezidentlərin bundan əvvəlki təkbətək görüşü yanvarın 19-da Kremldə baş tutub. Ötən aylarda liderlər bir neçə dəfə telefonla da danışıblar və Ukraynadakı vəziyyəti müzakirə ediblər, regional …
Read More »Türkiyə və ABŞ prezidentləri arasında görüş başlayıb
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Cozef Bayden arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, görüş NATO-nun Madriddəki sammiti çərçivəsində baş tutub.
Read More »Dövlət başçısı: “Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir”
“Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar