Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ukrayna sərhədçiləri Rusiya hərbçilərinin şəxsi məlumatlarını daşıyan disk aşkarlayıb

Ukrayna sərhədçiləri Çerniqovda Rusiya hərbçiləri haqqında informasiya olan disk aşkarlayıblar.

Boyukmillet.com xəbər verir ki, məlumatı “UNIAN” yayıb.

Bildirilib ki, diskdə Rusiya Silahlı Qüvvələrinin Moskva vilayətindən olan zenit-artilleriya tağımları barədə yüzlərlə giqabaytlıq informasiya yerləşdirilib.

Diskdə Ukraynadakı Rusiya hərbçilərinin ştat vəzifələrinin siyahısı, silahların texniki sənədləri və hərbi texnikaya dair məlumatlar əks olunub.

Bildirilib ki, bununla da Ukrayna hüquq-mühafizə orqanları ölkəyə yeridilən Rusiya hərbçilərinin xasiyyətnaməsini və pasportlarının surətini əldə ediblər.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …