Çərşənbə axşamı , 15 Sentyabr 2026

Region

Lukaşenko Qazaxıstandakı etirazçılara səslənib: “Diz çöküb hərbçilərdən üzr istəyin”

“Ortaya çıxan anlaşılmazlığı aradan qaldırmaq üçün, loru dildə desək, gedib diz çökməli və hərbçilərdən üzr istəməlidirlər. Daha sonra isə hakimiyyətlə, Tokayevlə masa arxasına oturmaq lazımdır”. Boyukmillet.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. “Belarusluların adından bu etirazçılara müraciət etmək istəyirəm. Mən onlara sadəcə deyərdim: hay-küy saldınız, qışqırdınız, bəsinizdir, danışıq aparmaq lazımdır”, – dövlət başçısı vurğulayıb. Onun sözlərinə görə, …

Read More »

Türk Dövlətləri Təşkilatı: “Qazaxıstanla həmrəy olduğumuzu bəyan edirik”

“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub. “Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi …

Read More »

Qazaxıstanın Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirilir

Qazaxıstanın Almatı şəhərində Respublika meydanının iğtişaşçılardan təmizlənməsi məqsədilə xüsusi əməliyyat keçirilir. Boyukmillet.com xəbər verir ki, məlumatı TASS yayıb. Bildirilib ki, hakimiyyət şəhər sakinlərinə antiterror əməliyyatının keçirilməsi ilə bağlı SMS göndərir. Qazaxıstan Səhiyyə Nazirliyi bildirib ki, kütləvi iğtişaşlar nəticəsində 1000-dən çox insan xəsarət alıb, 400-ə yaxın şəxs hospitala yerləşdirilib. Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə iğtişaş tördənlərin müəyyənləşdirilməsi və onların …

Read More »

Ermənistanın keçmiş müdafiə naziri Rusiyaya səfir təyin edilib

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ölkəsinin Rusiyaya səfiri təyin olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan uyğun sərəncam imzalayıb. Qeyd edək ki, Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri olub. Sonra siyasətlə məşğul olub. 2002-ci ildə Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan onu general-leytenent rütbəsindən məhrum edib. 2019-cu ildə Armen Sarkisyan onun rütbəsinin bərpa olunmasına dair sərəncam …

Read More »

Qazaxıstan Prezidenti: “Qanunları pozanlara qarşı sərt olacağam”

“Dövlət başçısı və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri olaraq qanunları pozanlara qarşı maksimal şəkildə sərt olacağam”. boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib. “Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək. Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Gəlin bu məsələdən güclü çıxaq”, – o bildirib. Dövlət …

Read More »

Türkiyə XİN Qazaxıstandakı etirazlara münasibət bildirib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir. “Dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam …

Read More »

Ermənistanda əsgər güllələnərək öldürülüb, xidmət yoldaşı saxlanılıb

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Movses Tadevosyan güllələnərək öldürülüb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə dekabrın 31-də baş verib. Qeyd olunub ki, Vayosdzor rayonunun döyüş postunda xidmət edən hərbçi, 2003-cü il təvəllüdlü Movses Tadevosyan başından güllə yarası alıb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbçi xəstəxanaya aparılarkən yolda ölüb. Movses Tadevosyanın xidmət yoldaşı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.

Read More »

Bir qrup Vətən müharibəsi qazisi Türkiyədə səfərdədir

Türkiye Muharip Gaziler Derneyinin dəvəti ilə bir qrup Vətən müharibəsi qazisinin qardaş ölkəyə səfəri başlayıb.Boyukmillet.com xəbər verir ki, bu məlumatı “Tərxis Olunmuş Hərbicilərin Gəncləri  Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.Birlik sədri bildirib ki, 3 yanvar Mersinin və 5 yanvar Adanın qurtuluşunun 100 illiyi münasibətilə bu  şəhərlərdə böyük tədbirlər keçiriləcək: “Vətən müharibəsi qaziləri nəzərdə tutulmuş tədbirlərəd iştirak edəcək.  Bundan …

Read More »