Cümə axşamı , 2 May 2024

Region

Türkiyədə zəlzələ olub

Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib. Qeyd edilir ki, yeraltı təkanlar ötən gün yerli vaxtla saat 22:53-də Ankara əyalətində qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib. Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Read More »

Sosial-iqtisadi tərəqqinin ünvanına çevrilən Naxçıvan ölkəmizin quruculuq salnaməsini layiqli nümunələrlə zənginləşdirir

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan elmi əsaslara söykənən inkişaf konsepsiyası bu gün uğurla reallaşdırılır Naxçıvan Muxtar Respublikasında əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan elmi əsaslara söykənən inkişaf konsepsiyası bu gün uğurla reallaşdırılır. Blokadanın, həmçinin dünyada tüğyan edən pandemiyanın yaratdığı müəyyən çətinliklərə baxmayaraq, iqtisadi təhlükəsizlik təmin olunur, yüksək həyat şəraitinə təminat verən strateji siyasət ardıcıl olaraq həyata keçirilir. …

Read More »

Paşinyan özünü təcrid etdi

Ermənistanın baş naziri Nikol Paşinyan özünü təcrid etdiyi üçün Milad mərasimində iştirak etməyib. Boyukmillet.com “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Mane Gevorqyan bildirib. “Pandemiya ilə əlaqədar olaraq baş nazir özünü təcrid edib”, – o deyib. Lakin mətbuat katibi Paşinyanın koronavirusa yoluxub-yoluxmadığını açıqlamayıb. Qeyd edək ki, hazırda bütün Ermənistan ərazisində karantin qüvvədədir və bu müddət yanvarın 11-dək davam edəcək.

Read More »

Rusiyada qızıl mədəni uçub, dağıntı altında qalan fəhlələr axtarılır

Rusiyanın Kamçatka diyarında yerləşən qızıl yatağındakı şaxtanın uçması nəticəsində 5 nəfər dağıntılar altında qalıb. Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Kamçatka diyarı hökumət başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Zaboliçenko bildirib. Onun sözlərinə görə, 3 nəfər mədəndən özü çıxıb və 2 fəhlənin isə taleyindən xəbər yoxdur. “Təcili xidmət canlı qüvvəsi və vasitələri xəsarət alanlara yardım etməyə hazır vəziyyətdədir. Şaxtada dağlıq ərazilərdə xilasetmə hərb hissənin 6 mütəxəssisi …

Read More »

Türkiyədə 9 təyyarə “su qiymətinə” satışa çıxarılıb

Türkiyənin İstanbul şəhərindəki Atatürk Beynəlxalq Hava Limanında saxlanılan, müflis olmuş aviaşirkətlərə məxsus və istismar dövrü başa çatmış 9 təyyarə açıq hərrac yolu satışa çıxarılıb. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, təyyarələrə ilkin olaraq 3,7 milyon lirə (416 min ABŞ dolları) qiymət qoyulub. Hərrac yanvarın 14-ü saat 14:30-da Dövlət Hava Limanları İdarəsində keçiriləcək.

Read More »

Çin İranla bağlı ABŞ-a müraciət edib

ABŞ təcili olaraq İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Planına qayıtmalı və İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmalıdır. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dekabrın 5-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin bildirib. Onun sözlərinə görə, İranın nüvə problemi ətrafında çox mürəkkəb və həssas şərait yaranıb. Qeyd edək ki, İran dekabrın 4-də uranı 20 faizədək …

Read More »

​​​​​​​Rusiya vətəndaşları 2021-ci ildə əsasən nədən qorxurlar?

Rusiya vətəndaşlarının 1/9-i 2021-ci ilin 2020-ci ildən pis keçəcəyindən qorxur. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, “SuperJob” onlayn iş axtarışı xidmətinin araşdırması nəticəsində məlum olub. Araşdırma 18 yaş qrupundan yuxarı 1,6 min iqtisadi cəhətdən fəal vətəndaş arasında Rusiyanın bütün dairələrinin 351 yaşayış məntəqəsində aparılan rəy sorğusu əsasında hazırlanıb. Sorğu 2020-ci il dekabrın 23-dən 27-dək keçirilib. “Rəyi soruşulan rusiyalının 11 faizi …

Read More »

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Bu barədə AZAL-dan bildirilib. Hava şəraiti normallaşan kimi, bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək. Xüsusilə sərnişinlərin nəzərinə çatdırılır ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaqdır. Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə …

Read More »

Türkiyədə koronavirusu 10 saniyəyə təyin edən cihaz hazırlandı

Türkiyə alimləri on saniyə ərzində yeni növ koronavirus infeksiyasını təyin edən cihaz hazırlayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Bilkent Universitetinin saytında məlumat verilib. “Diagnovir” adlanan cihazın işləmə prinsipi nümunələrin təkrarlanmasına deyil, optik xüsusiyyətlərə əsaslanmasıdır. Test üçün, ağızın selikli qişasından nümunə götürülür, sonra xüsusi bir maye ilə qarışdırılır və cihaza yerləşdirilir. Patogenlər dinamik olaraq floresan siqnalı qəbul edərək 10 saniyə ərzində …

Read More »

Ermənistanda hərbçilərin avtomobilləri toqquşub: 5 nəfər yaralanıb

Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri yol qəzasına düşüb, 5 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb. Bildirilib ki, hadisə Yerevan-Mehri avtomobil yolunun 146-cı km-də baş verib. 38 yaşlı Ovanes Sarqsyanın idarə etdiyi “Mercedes” Armavir sakini, 45 yaşlı Avaq Barseqyanın idarə etdiyi “Opel Astra” ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü Sarqsyan, onun sərnişinləri – 55 yaşlı Yerevan sakini Nune Avetisyan, …

Read More »