Çərşənbə , 15 May 2024

Region

Türkiyədə 10 terrorçu məhv edilib

Türkiyənin cənub-şərqindəki Siirt əyalətinin Eruh rayonu ərazisində “Eren” əməliyyatının 13-cü mərhələsi çərçivəsində daha üç PKK terrorçusu məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədəki səhifəsində bildirib. Nazir əlavə edib ki, bununla da həmin ərazidə zərərsizləşdirilən PKK terrorçularının ümumi sayı 10 nəfərə çatıb.

Read More »

Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisidəki kütləvi dava ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi ötən gün Dmanisi şəhərində baş vermiş kütləvi dava ilə bağlı bəyanat yayıb. Səfirlikdən daxil olan bəyanatda deyilir: “16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə dair Səfirlik tərəfindən dərhal reaksiya göstərilib. Səfirliyin əməkdaşları hadisə yerinə baş çəkib, vəziyyətlə tanış olmuş və Gürcüstan hüquq-mühafizə orqanlarının, …

Read More »

Sabahdan Türkiyədə sərt karantin rejimi aradan qaldırılır

Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən sərt karantin rejimi mayın 17-dən ləğv ediləcək. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi bununla bağlı mərhələli normallaşma planını açıqlayıb. Bildirilib ki, həftə sonu saat 10.00-dan 17.00-dək market, dükan və baqqaliyyələr açıq olacaq, həftə içi küçəyə çıxma yasağı saat 21-dən 05.00-dək davam edəcək, iaşə yerləri həftə ərzində saat 07.00-dan 20.00-dək, onlayn …

Read More »

Türkiyədə ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Türkiyədə ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub. Boyukmillet.com xəbər verir ki, hadisə Ankarada qeydə alınıb. Haymana rayonunda qoşqulu traktorun aşması nəticəsində 2-i uşaq olmaqla, 4 nəfər həyatını itirib, daha 18 nəfər isə yaralanıb. Qəzadan sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilən Dilay Koyuncu (1 yaş), Belinay Tan (9 yaş), İlknur Akyüz (16 yaş) və …

Read More »

Nazir: “Gürcüstan quru sərhədlərini bir neçə həftədən sonra açmağı planlaşdırır”

“Gürcüstan hökuməti quru sərhədlərini bir neçə həftədən sonra açmağı planlaşdırır”. Bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava jurnalistlərə deyib. Onun sözlərinə görə, böyük ehtimal məhz həmin vaxt pandemiyanın üçüncü dalğası başa çatacaq: “Sərhədləri açmağı planlaşdırırıq. Bu, yaxın bir neçə həftə ərzində baş verə bilər”. Qeyd edək ki, Gürcüstan-Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş pandemiyaya görə bir ildən …

Read More »

Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib

Türkiyənin İraqın Mosul şəhərindəki baş konsulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib. Boyukmillet.com xəbər verir ki, bunu baş konsul Mehmet Küçüksakallı öz “Twitter” səhifəsində yazıb. M.Küçüksakallı bildirib ki, konsulluq binası tam hazır vəziyyətə gətirilib. Xatırladaq ki, Türkiyənin Mosuldakı baş konsulluğu 2014-cü ilin iyununda İŞİD silahlılarının hücumuna məruz qalmışdı. Hücum zamanı konsulluqda olan 49 nəfər girov alınmışdı. Girovlar həmin ilin …

Read More »

Erməni hərbi qulluqçunun əsgər yoldaşını öldürməsi ilə bağlı cinayət işi başlanıb

Ermənistanda hərbi qulluqçunun əsgər yoldaşını güllələyərək öldürməsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin başqaları üçün artan təhlükə yaradan silah, sursat və əşyalar, material və maddələrlə rəftar qaydalarının pozulması maddələri üzrə cinayət işi açılıb. İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə mayın 4-də, saat 20:00-da …

Read More »

Gürcüstan səfiri: “Azərbaycanla sərhəd danışıqları yaxın zamanlarda bərpa olunacaq”

“Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası yaxın zamanlarda keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib. Səfir komissiyanının son toplantısının iki il bundan öncə Bakıda keçirildiyini bildirib: “Digər toplantının Tbilisidə keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən baş tutmayb. Yaxın gələcəkdə keçiriləcək iclasda tərəflərin məsələni dostluq və strateji tərəfdaşlıq münasibətlərinə uyğun həll …

Read More »

Türkiyə qapanma rejimini sərtləşdirəcək

Türkiyə rəsmiləri koronavirusla əlaqədar vəziyyətə görə mövcud qapanma rejimini sərtləşdirməyə qərar veriblər. Boyukmillet.com ölkənin Daxili İşlər Nazirliyinin saytındakı məlumata əsasən xəbər verir ki, yeni qapanma tədbirləri mayın 7-də qüvvəyə minəcək. Pandemiyanın başlanğıcından bəri Türkiyədə 4,9 milyondan çox insan COVID-19-a yoluxub, 41 min xəstə ölüb. “Mayın 7-dən etibarən mağazalarda, o cümlədən supermarket şəbəkələrində yalnız əsas qida məhsullarının, gigiyena məhsullarının, ev heyvanları üçün qidaların və kosmetik …

Read More »

Separatçı Araik Arutyunyan dindirildi

Qarabağdakı keçmiş qondarma rejimin rəhbəri Arayik Arutyunyan konstitusiya quruluşunun devrilməsi işi üzrə dindirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Facebook” hesabında bildirib. Arutyunyan konstitusiya quruluşunun devrilməsi maddəsi ilə başlanan cinayət işi üzrə dindirildiyini qeyd edib. O əlavə edib ki, ictimai tələbi nəzərə alaraq yaxın günlərdə 44 günlük müharibə ilə bağlı bəzi sualları cavablandıracaq.

Read More »