Çərşənbə , 15 May 2024

Region

Ermənistanın müdafiə naziri bölmə rəhbərlərini cəza ilə hədələyib

Ermənistanın müdafiə naziri Arşak Karapetyan hərbi bölmə rəhbərlərini vətəndaşlara xidmət keyfiyyətini yaxşılaşdırmağa və qaldırılmış məsələləri həll etməyə çağırıb. O, əks təqdirdə hərbçiləri məsuliyyətə cəlb edəcəyi ilə hədələyib. Bu barədə “Boyukmillet.com” Ermənistan mediasına istinadən xəbər verir. Karapetyan Müdafiə Nazirliyi bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirib ki, nazirliklə bağlı hüquq və sosial sənədlərin verilməsi prosesiylə əlaqədar vətəndaşlardan çoxlu şikayət alır. Karapetyan işi yenidən …

Read More »

Türkiyədə sel nəticəsində 47 nəfərin itkin düşdüyü açıqlanıb

Türkiyənin qərbi Qara dəniz bölgəsində yaşanan sel fəlakəti nəticəsində 47 nəfər itkin düşmüş sayılır. Boyukmillet.com  “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, quruma Sinop və Kastamonu şəhərlərində ümumilikdə 47 sakinin itkin düşməsi ilə bağlı müraciət daxil olub. Hazırda itkin düşənlərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir. Qeyd edək …

Read More »

Türkiyədə sel nəticəsində həyatını itirənlərin sayı 70-ə çatıb

Türkiyədə sel fəlakəti səbəbindən ölənlərin sayı 70-ə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, Kastamonuda 60, Sinopda 9, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 70 insan dünyasını dəyişib. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir.

Read More »

Türkiyədə vaksinasiya yaşı 18-dən 15-ə endirilib

Türkiyənin Səhiyyə Nazirliyi əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı yeni qərarlar qəbul edib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, vaksinasiya yaşı 18-dən 15-ə endirilib. Xroniki xəstəliyi aşkarlanan yeniyetmələrdə isə 12 yaşdan vaksinlənmə həyata keçirilməlidir. Həmçinin PCR testinin nəticəsi pozitiv çıxan xəstələrdə vaksin vurulması 3 aydan 1 aya endirilib.

Read More »

Türkiyə ordusu son 24 saatda 22 terrorçunu məhv edib

Türkiyə ordusunun bölmələri son sutkada 22 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib. O, qeyd edib ki, “Barış Pınarı” əməliyyat zonasına daxil olmağa çalışan 14 terrorçu zərərsizləşdirilib. Eyni zamanda Türkiyə Hərbi Hava Qüvvələri İraqın Qara bölgəsində 6, Hakurkda 2 terrorçunu məhv edib.

Read More »

Türkiyənin bu bölgəsində də meşə yanğını başladı

Türkiyənin Çanaqqala şəhərində yeni meşə yanğını ocağı yaranıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb. Bildirilir ki, əkin ərazisində başlayan yanğın daha sonra meşələrə sıçrayıb. Hazırda yanğının qarşısını almaq üçün havadan və qurudan müdaxilə edilir.

Read More »

İstanbulda meşə yanğını başlayıb

Türkiyənin İstanbul şəhərində meşə yanğını baş verib. Boyukmillet.com xəbər verir ki, yanğın şəhərin Sultanqazi rayonunda yaranıb. Helikopterlə yanğına müdaxilə edilib. Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.

Read More »

Ermənistanda əsgərlikdə olmalı olan nazir oğlu Yerevanda qəza törədib

Ermənistanda təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyanın oğlu Qevorq qəza törədib. Bu barədə Boyukmillet.com “Shamshyan.com”a istinadən xəbər verir. Hadisə Yerevan şəhərinin Çarab Axbyur küçəsində baş verib. Belə ki, nazir oğlunun “Mercedes” markalı avtomobili “BMW” və “Toyota” markalı nəqliyyat vasitələri ilə toqquşub. Yol qəzası nəticəsində xəsarət alan olmayıb. Sayt xatırladıb ki, nazirin oğlu hazırda əsgərlikdə olmalıdır. Nazir sosial şəbəkədə bildirib …

Read More »

Rusiyada helikopter qəzasında itən turistlərin meyitləri tapılıb

Rusiyanın Kamçatka diyarında Kurilsk gölünün dibində, qəzaya uğrayan “Mi-8” helikopterinin yanında bir neçə turistin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, xüsusi aparat vasitəsi ilə batan “Mi-8”in gövdəsi aşkar edilib. Helikopter sahildən təxminən 500 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. “Helikopterin yaxınlığında itkin düşmüş bir neçə turistin cəsədi tapılıb. Onların sudan …

Read More »