Şənbə , 15 İyun 2024

Region

Türkiyə Silahlı Qüvvələri daha 9 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı “Pençe-Kaplan” bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin tviter səhifəsində bildirilib. “Əməliyyatlarımız sonuncu terrorçu zərərsizləşdiriləndək davam edəcək”, – açıqlamda qeyd olunub. Xatırladaq ki, “Pence-Kaplan” anitterror əməliyyatı Türkiyə daxilində və terrorçuların daha çox düşərgə saldığı İraqın şimalında keçirilir. Əməliyyat 2019-cu il mayın 28-də başlayıb.

Read More »

Ermənistanın Müdafiə Nazirliyi ordudakı intiharlardan narahatdır

Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi orduda intiharların artmasını müzakirə edib. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, bununla bağlı keçirilmiş müşavirənin iştirakçıları silahlı qüvvələrdə intihar hadisələrinin qarşısının alınmasına yönəldilmiş bir sıra təkliflər irəli sürüblər. Ən yüksək zabit heyətinin iştirak etdiyi tədbirdə eyni zamanda özünəqəsd hadisələrinin təfərrüatları və yeni intiharların qarşısının alınmasının müxtəlif yolları müzakirə olunub. Qeyd edək ki, …

Read More »

Ərdoğanla Rahmon ikitərəfli və regional məsələləri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tacikistan Prezidenti İmoməli Rahmonla telefon danışığı aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Əlaqələr üzrə İdarə bildirib. Məlumata görə, Ərdoğan və Rahmon Türkiyə-Tacikistan münasibətlərini və regional prosesləri, xüsusi halda Əfqanıstanda vəziyyəti müzakirə ediblər. Ərdoğan Rahmonu Tacikistanı müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edib. O, bildirib ki, Türkiyə Mərkəzi Asiya respublikasının müstəqilliyini tanımış ilk …

Read More »

Ermənistan təyyarələrinin Türkiyə üzərindən uçması ilə bağlı danışıqlar aparılır

“Türkiyənin hava məkanının Ermənistan aviaşirkətinə məxsus təyyarələr üçün açılması istiqamətində danışıqlar aparılır”. Boyukmillet.com  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu “Ermənistan” hava şirkətinin direktorunun müavini və kommersiya işləri üzrə direktoru Gevork Xaçartryan keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 6 il Ermənistan təyyarələri Türkiyənin, Türkiyə təyyarələri isə Ermənistanın hava məkanı ilə uçub: “Sonuncu dəfə bu ilin martında Türkiyəyə müraciət etdik …

Read More »

Rusiyanın dövlət saytı Azərbaycana qarşı təxribatı aradan qaldırıb

Rusiya Federasiyasının dövlət satınalmaları üzrə rəsmi saytında Rusiya sülhməramlılarının təchizatı ilə bağlı elanda Azərbaycan ərazisinin “Dağlıq Qarabağ Respublikası” kimi göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb. Boyukmillet.com xəbər verir ki, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub. Həmçinin “Müqavilənin şərtləri” bölməsində …

Read More »

Rusiyanın fövqəladə hallar naziri təlim zamanı həlak olub

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev vəfat edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb. Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb. O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub. Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri …

Read More »

Türkiyədə mikroavtobus və yük maşını toqquşub, onlarla xəsarət alan var

Türkiyədə ağır yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Məlumata görə, hadisə Kayseridə qeydə alınıb. Yeşilhisar rayonunda işçiləri daşıyan mikroavtobusla yük avtomobili toqquşub. Qəza zamanı 19 nəfər xəsarət alıb. Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdirilib. Qəzanın başvermə səbəbi açıqlanmır.

Read More »

Türkiyədə silahlı insident zamanı 12 nəfər yaralanıb

Türkiyədə silahlı insident olub. Bu barədə Boyukmillet.com  “Cümhuriyyət”ə istinadən xəbər verir. Məlumata görə, hadisə İzmir əyalətində qeydə alınıb. Konak rayonunda 2 şübhəli şəxs əvvəlcədən xoşagəlməz münasibətin olduğu ailənin yaşadığı evin önünə gəlib. Onlardan biri odlu silahdan ətrafdakılara atəş açıb. Nəticədə 12 nəfər xəsarət alıb. Yaralılar arasında 1 yaşlı körpə, habelə yeniyetmə, gənclər də var. Hadisə ilə əlaqədar əraziyə çoxlu sayda polis …

Read More »

Terrorçuların hücumu nəticəsində Türkiyə hərbçisi şəhid olub

Suriyanın şimalında PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə ordusunun hərbçisi şəhid olub. Boyukmillet.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, çavuş Muammer Yiğit “Fırat Kalkanı” əməliyyatının keçirildiyi bölgədə, El-Bab məntəqəsində həyatını itirib. M.Yiğitin 2 övladı olduğu qeyd edilib. Daha 4 hərbçinin yaralandığı bildirilib.

Read More »

Türkiyədə koronavirusun “Mü” ştamı qeydə alınıb

“Türkiyədə koronavirusun “Mü” ştamına iki yoluxma hadisəsi qeydə alınıb”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında bildirib. “Virusun yeni variantı olan “Mü” sadəcə iki hadisədə təsbit edilib. Pasiyentlərdə də əsasən “Delta” və “Delta+”un əlamətləri müşahidə olunur”, – nazir deyib. Fəxrəddin Qoca vaksinasiyanın sayının artması ilə yoluxma hallarının azalacağını da qeyd edib.

Read More »