Çərşənbə , 15 May 2024

Region

İstanbul-Tehran təyyarəsi Bakıya istiqamət alıb

“Turkish Airlines” aviaşirkətinin Tehran istiqamətinə uçan təyyarəsinin istiqamətini dəyişməsinə hava şəraiti səbəb olub. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İmam Xomeyni adına hava limanının mətbuat xidməti məlumat yayıb. “Turkish Airlines” şirkətinin pilotu hava şəraiti ilə əlaqədar təyinat nöqtəsini Bakıya dəyişib. Hava şəraiti sabitləşəndə (təyyarə-red) Tehrana qayıdacaq”, – xəbərdə deyilir. Qeyd edək ki, Türkiyənin İstanbul-Tehran istiqamətində uçan təyyarəsi şənbə …

Read More »

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları ötən il 14 medal qazanıblar

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən federasiyanın sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat verib. Sonra federasiyanın sədr müavini Nəriman Quliyevin 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib.Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov muxtar respublikada …

Read More »

Suriyadan Türkiyəyə soxulmaq istəyən İŞİD üzvləri saxlanılıb

Suriyadan Türkiyə ərazisinə soxulmaq istəyən terrorçu İŞİD qruplaşmasının 12 üzvü saxlanılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, onların 5-i Rusiya, 4-ü Özbəkistan və 3-ü Qırğız Respublikasının vətəndaşlarıdır. Onlar qanunsuz yolla Türkiyə ərazisinə soxulmaq istəyərkən tutulublar. Tutulanlardan biri İnterpol xətti ilə qırımız bülletenlə axtarışda olub.

Read More »

Türkiyə alimləri COVID-19-u bir dəqiqəyə məhv edən preparat hazırlayıb

Türkiyənin Bursa bölgəsi Uludağ Universitetinin Mikrobiologiya kafedrasını əməkdaşları koronavirusu bir dəqiqəyə məhv edən burun aerozolu hazırlayıblar. Boyukmillet.com xəbər verir ki, məlumatı “Daily Sabah” qəzeti yayıb. “Genoxyn” adlanan aerozol professor Şehim Gülsün Temel, doktor Ahmet Ümit Sabancı və Cüneyt Ozakın tərəfindən hazırlanıb. Ü.Sabancı bildirib ki, onlar araşdırmanı pandemiyadan əvvəl başlayıblar: “Biz preparatın antibakterial fəallığa malik olduğunu sınaqdan çıxardıq. Pandemiyadan sonra ondan COVID-19-a qarşı istifadə edilməsinin mümkünlüyü …

Read More »

Ermənistanın dövlət borcu 8 mlrd ABŞ dollarına çatıb

Ermənistanın dövlət borcu 2020-ci il ərzində 647,2 mln ABŞ dolları artaraq dekabrın 31-dək 7,9685 mlrd dollara çatıb. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Maliyyə Nazirliyinin hesabatı əsasında maliyyə portalı “armbanks.am” yazıb. Məlumata görə, borcların 7,5 mlrd ABŞ dolları hökumətin payına düşür. Bunun 5,5932 mlrd ABŞ dolları xarici dövlət borcu, 1,9153 mlrd ABŞ dolları isə daxili borc təşkil edir. 2020-ci ilin rəsmi məlumatına görə, Ermənistan əhalisinin sayı 2,959 milyon nəfərdir. Bu isə …

Read More »

Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanır

Bazar ertəsi Türkiyəyə koronavirus vaksinlərinin ikinci partiyasının birinci hissəsi çatdırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. “Vaksinlərin ikinci hissəsi (6,5 milyon doza) ölkəmizə bazar ertəsi axşam gətiriləcək. Çatdırmalar alınma planına uyğun olaraq həyata keçiriləcək ki, vaksinləmə proqramı fasilələrsiz həyata keçirilsin”, – nazir qeyd edib. Türkiyəyə növbəti tədarük çərçivəsində isə peyvəndlərin ümumilikdə 10 milyon dozası çatdırılacaq.

Read More »

Yerevanda Paşinyan əleyhinə aksiya keçirilir

Ermənistan müxalifəti Yerevanda ölkə hakimiyyətinə qarşı itaətsizlik aksiyası çərçivəsində avtomobil yürüşü keçirir. Bu barədə “Boyukmillet.com” Ermənistan mətbuatına istinadən xəbər verir. Avtomobil yürüşünün iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Xatırladaq ki, müxalifət ötən bazar günü də paytaxtda həmçinin avtomobil yürüşü keçirib. Aksiyanın iştirakçılarından biri polis tərəfindən saxlanılıb.

Read More »

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Məlumata görə, yeraltı təkanlar Qars əyalətinin Sarıqamış rayonunda qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə baş verib. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib. Qəndilli Rəsədxanası isə zəlzələnin 3,6 bal gücündə baş verdiyini bildirib. Dağıntı və ya tələfat qeydə alınmayıb.

Read More »

Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi

İkinci Qarabağ müharibəsində iştirak etmiş ermənilər hökumət tərəfindən onlara verilməli olan pulun bu günə kimi ödənilməməsindən şikayətlənirlər. Bu barədə Boyukmillet.com “News.am”a istinadən xəbər verir. “Biz ön cəbhədən ötən ilin 30 noyabrında qayıtdıq. Pul kompensasiyasının verilməsi üçün bu günə kimi müxtəlif orqanlara müraciət edirik, amma bizə heç kim cavab vermir. Dekabrın 30-da Nazirlər Kabinetinə, bundan iki gün əvvəl isə Müdafiə Nazirliyinə müraciət …

Read More »

Ərdoğan: Türkiyədə yaradılmış şirkətlərin sayı 20 faiz artıb

Türkiyə hakimiyyəti ölkə iqtisadiyyatında artımın uzunmüddətli, möhkəm və keyfiyyətli struktura nail olmasına cəhd edir. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “İqtisadi artım Türkiyəni dəyişən qlobal dəyər zəncirində əhəmiyyətli oyunçu halına gətirəcək”, – Türkiyə lideri deyib. Dövlət başçısı bildirib ki, ötən ilin yanvar-oktyabrı ərzində dünya ixracatında ölkənin payı ilk dəfə 1 faizi …

Read More »