Çərşənbə , 15 May 2024

Region

Rusiyaya qanunsuz gedən ermənilər günlərlə ac saxlanılaraq geri qaytarıldılar

Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Tert.am” bildirib. Məlumata görə, bu, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır. “Moskvaya birinci reyslə yola düşdük, buraxılış məntəqəsində irəli getməyi qadağan etdilər, bildirildi ki, bizim COVID-19 testimiz qanunsuzdur, nəticədə bizi deportasiya etdilər. Soruşdum nə olub, cavab verdilər ki, mən Rusiya Federasiyasının sərhədini qanunsuz sənədlə keçməyə …

Read More »

Gömrükçülər Rusiyadan qanunsuz gətirilən dərman preparatları aşkarlayıb

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Bu barədə Boyukmillet.com  DGK-ya istinadən xəbər verir. Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin salonunda, səsgücləndirici üçün nəzərdə tutulan yerin arxasındakı …

Read More »

Tbilisidə silahlı şəxslər supermarketə basqın edib

Tbilisidə iki silahlı şəxs Çitaya küçəsində yerləşən “Spar” supermarketinə basqın edib. Boyukmillet.com xəbər verir ki, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində qarətçilər həbs olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı istintaqa başlanılıb.

Read More »

Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirib

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 2-də Təhlükəsizlik Şurasının iclasını keçirib. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb. İclasda Ermənistanda və Azərbaycanın Qarabağ bölgəsindəki humanitar və təhlükəsizliyə dair bir sıra məsələlər müzakirə olunub.

Read More »

Məhkəmə Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verib

Ermənistan məhkəməsi keçmiş prezident Robert Köçəryanın ölkədən kənara çıxmasına icazə verib. Boyukmillet.com TASS-a istinadən bildirir ki, Yerevan məhkəməsi bununla bağlı müvafiq qərar qəbul edib. Məlumata görə, sabiq dövlət başçısı fevralın 3-dən 8-dək ölkədən kənara çıxa biləcək. Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 …

Read More »

Türkiyədə partlayışlar törətməyi planlaşdıran İŞİD terrorçusu saxlanıldı

Türkiyənin şimal-qərbindəki Yalova əyalətində xüsusi antiterror əməliyyatı keçirilib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu özünün tvitterdəki hesabında bildirib. Məlumata görə, əməliyyat nəticəsində ölkədə partlayışlar törətməyi planlaşdıran İŞİD silahlısı saxlanılıb. “Yalovadakı əməliyyat uğurla başa çatdı. Yalova Polis İdarəsinin Terrorla mübarizə şöbəsini və prokurorluğun əməkdaşlarını təbrik edirəm”, – deyə nazir yazıb.

Read More »

Türkiyədə koronavirusun yeni mutasiyası sürətlə yayılır- Səhiyyə naziri

Türkiyədə koronavirusun yeni mutasiyası sürətlə yayılır. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının mutasiya olunmuş versiyasının yayılması genişlənirNazir bildirib ki, hazırda ölkənin 17 şəhərində 128 nəfərdə koronavirusun İngiltərədə aşkar edilən növü tapılıb.   

Read More »

Ermənistan vətəndaşlarının Rusiyaya səfərinə maneə yaranıb

Ermənistan vətəndaşlarının Rusiyaya səfər etməsində problem yaranıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb. Bildirilib ki, Rusiyaya səfər etmək istəyən Ermənistan vətəndaşları koronavirusla bağlı testdən keçməlidir. Testin cavabı mənfi olanlar Rusiyaya gedə bilər. Ermənistan vətəndaşları yalnız rusiyalılardan test götürmək icazəsi olan təşkilata qan analizi veriblər. Ona görə də onların testi etibarsız sayılıb. Bu isə Yerevan hava limanında gərginliyə səbəb olub. …

Read More »

Yunanıstandan çıxarılan 48 miqrant Türkiyə sahillərində xilas edilib

Türkiyənin İzmir şəhər sahillərində Yunanıstanın dəniz zonasının hüdudlarından zorla çıxarılmış onlarla miqrant xilas olunub. Bu barədə Boyukmillet “Anadolu” agentliyinə istinadən xəbər verir. Qeyd edilir ki, Türkiyənin Sahil Mühafizəsi Xidməti İzmirin qərb əyalətindəki Çeşmə kurort rayonu sahillərində 19 miqrantı xilas edib. Daha 29 miqrant İzmirdəki Dikili rayonu sahillərində xilas olunub. Türkiyənin sahil mühafizəsinin əməkdaşları ümumilikdə 48 miqrantı xilas edirək sahilə çatdırıblar. Əcnəbilər İzmir …

Read More »

Ərdoğan Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsilə səfər edəcəyi barədə sənədi təsdiqləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”u təsdiq edib. Boyukmillet.com xəbər verir ki, sənəddə Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı …

Read More »