Cümə axşamı , 16 Yanvar 2025

Sağlamlıq

Səhiyyə Nazirliyi Naxçıvan MR-ın Səhiyyə Nazirliyinə müraciət edib

Səhiyyə Nazirliyində 2022-ci ilin noyabr ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib. Bu barədə “Report”a nazirlikdən məlumat verilib. Təyinat nazirlik kollegiyasının 13 oktyabr 2014-cü il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilən “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən aparılıb. Həkim-mütəxəssislərin təyinatı …

Read More »

Jurnalistlər KTM-də icbari tibbi sığortanın təşkili ilə tanış olublar

Kliniki Tibbi Mərkəzdə (KTM) jurnalistlər üçün mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, mediatur çərçivəsində media nümayəndələri Kliniki Tibbi Mərkəzdə icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış olub və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləyib. Mediaturun məqsədi media nümayəndələrini KTM-in fəaliyyəti, icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadəetmə prosesini izləmələrinə imkan yaratmaqdır. KTM-in direktoru …

Read More »

KTM-in direktoru: “Həkimlərimizin əməkhaqqı 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb”

Kliniki Tibbi Mərkəzdə (KTM) həkimlərin əməkhaqqı 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb. Boyukmillet.com xəbər verir ki, bunu KTM-in direktoru Könül Ələkbərov jurnalistlər üçün təşkil edilən mediaturda deyib. O bildirib ki, 2019-cu ildə tibb müəssisəsində həkimlərin əməkhaqqı 375 manat olub: “Hazırda bu məbləğ 2 026 manatdır. Tibb bacılarının əməkhaqqı 2019-cu ildə 258 manat olduğu halda, hazırda həmin şəxslərin aylıq məvacibi 596 …

Read More »

“West Hospital”ın həkimləri “Qocalar Evi”nin sakinlərini müayinə edib

Bakının Sabunçu rayonu, Bilgəh Qəsəbəsində yerləşən “Qocalar Evi”nin sakinləri ziyarət olunub. Boyukmillet.com xəbər verir ki, ziyarət “West Hospital”ın tibbi heyəti tərəfindən həyata keçirilib. Ziyarətdə qeyd edilib ki, böyüklərə, yaşlılara və qocalara hörmət Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı nəcib əxlaqi keyfiyyətlərdən biridir. Buna görə də “West Hospital” 1 yaşını dekabrın 1-də “Qocalar evi”ndə buranın sakinləri ilə birlikdə keçirmək qərarına gəlib və …

Read More »

Cəbrayılda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

İşğaldan azad edilmiş Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tabeliyində yaradılıb. Qeyd olunub ki, mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında …

Read More »

Nazir: “Azərbaycanda əhali arasında kəskin respirator virus yayılıb”

“Mövsümü qriplə əlaqədar xəstəxanalarda çarpayı fondunda heç bir yüklənmə yoxdur”. Boyukmillet.com  xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, hazırda Azərbaycanda əhali arasında müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır: “Mövsümü qriplə əlaqədar xəstəxanalarda çarpayı fondunda heç bir yüklənmə və bu sahədə heç bir problem yoxdur. Tam dəqiq deyə bilməsək də, ümid edirik ki, …

Read More »

Azərbaycanın səhiyyə naziri Türkiyəyə səfər edəcək

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyəyə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, oktyabrın 29-31-də nəzərdə tutulan səfər çərçivəsində nazir Türk Dövlətləri Təşkilatının təşkilatçılığı, Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi altında keçiriləcək Türk Tibbi Dünya Konqresində iştirak edəcək. Teymur Musayevin digər türkdilli dövlətlərdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.

Read More »

AQTA bu il məhv etdiyi yararsız məhsulun həcmini açıqlayıb

“Bu ilin 9 ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində 345 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanədək məhdudlaşdırılıb, 131 müəssisənin tam sağlamlaşdırılması təmin edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib. O bildirib ki, bu sahədə şəffaflığın artırılması və işin daha səmərəli aparılması üçün bir sıra məqsədyönlü işlər …

Read More »

AQTA: “Son 9 ayda 593 işçi tibbi müayinədən keçənədək işdən kənarlaşdırılıb”

“Bu ilin 9 ayında keçirilən yoxlama tədbirləri zamanı qida obyektlərində tibbi müayinədən keçməyən 593 nəfər işçi müəyyənləşib və onlar tibbi müayinədən keçənə qədər işdən kənarlaşdırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

Read More »