Bazar ertəsi , 20 May 2024

Sağlamlıq

Azərbaycanda dərmanların qiymətinə dəyişiklik ediləcək

“Nazirlər Kabinetinin nəzdində dərmanlarla bağlı xüsusi Komissiya yaradılıb. Komissiyanın işi yekunlaşmaq üzrədir”. Boyukmillet.com-un xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib. Nazir bildirib ki, həmin sahənin Azərbaycanda sürətli inkişafı üçün müəyyən addımlar atılacaq: “Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinı dair müəyyən dəyişiklikər olacaq”.

Read More »

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni rəhbər təyin olunub. Boyukmillet.com xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi İradə Axundovaya həvalə olunub. Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib. Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov İradə Axundovanın səhiyyə sahəsindəki uzunmüddətli və …

Read More »

ÜST-ün Azərbaycanda fəaliyyəti mövzusunda “dəyirmi masa” keçirilib

Heydər Əliyev Mərkəzində “ÜST-nin Azərbaycanda fəaliyyəti: gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövzusunda dəyirmi masa keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu bir təşkilat ilə sıx əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb: “Azərbaycanın müstəqilliyinin ilk illərində rastlaşdığı əsas çətinliklərdən biri də səhiyyə sahəsindəki problemlər idi. Xüsusilə vərəm, malyariya, …

Read More »

Azərbaycan və ÜST arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

Səhiyyə naziri Teymur Musayev Hans Henri Klugenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu abrədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib. Səhiyyə naziri Teymur Musayev Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir: “Ötən 30 il müddətində qarşılıqlı …

Read More »

ABŞ Azərbaycanı pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələrdən biri elan edib

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi (CDC) Azərbaycanı pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələr qrupuna daxil edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan COVID-19-a yoluxma hallarının azalması fonunda 1-ci dərəcəli (yoluxma riski ən az olan) ölkələr siyahısında yer alıb. Bu dərəcəyə aid ölkələrdə son 28 gündə hər 100 000 sakinə 49 və ya daha az yeni yoluxma …

Read More »

Bu gün Azərbaycanda COVID-dən ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində Azərbaycanda COVİD-19-dan ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 476 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 634 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib, aktiv xəstə sayı 135 nəfərdir. Ölkədə son sutka ərzində 3403, …

Read More »

Azərbaycanda son sutkada 33 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 792 445 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 603 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 135 nəfər aktiv xəstə sayını təşkil …

Read More »

Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 792 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 440 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib, aktiv xəstə …

Read More »

Nazir: “Qarabağda aşkarlanan meyit qalıqlarının müayinəsinə xüsusi təlim keçmiş mütəxəssislər cəlb olunub”

“Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə vətəndaşımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi davam edir”. Boyukmillet.com xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev eyib. Onun sözlərinə görə, müayinələrdə müasir tibbi avadanlıqdan istifadə olunur: “Prosesə xüsusi təlim keçmiş mütəxəssislər cəlb olunub. Yəqin ki, bu barədə proses yekunlaşdıqdan sonra daha ətraflı məlumat veriləcək”. Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd …

Read More »

Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür – RƏSMİ

“Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür. Tam detallı məlumat verə bilməsəm də, söhbət sırf “Sars-Cov2” əleyhinə vaksindən getmir”. Boyukmillet.com  xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev deyib. Onun sözlərinə görə, vaksin istehsalı strateji məsələdir: “Yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycanda istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalı təmin edilə bilər”.

Read More »