İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə daha 7 tibb müəssisəsi ilə müqavilə bağlayıb. Boyukmillet.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun ötən ilki fəaliyyətinə həsr olunan brifinqdə deyib. Onun sözlərinə görə, agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 27-dən 34-ə …
Read More »Azərbaycanda daha 1186 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 629 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 605 nəfər müalicə olunaraq sağalıb, 8 564 nəfər vəfat edib, aktiv …
Read More »Səhiyyə naziri: “Azərbaycanda “Omikron” ştamına yoluxmalar artır”
Azərbaycanda koronavirusun “Omikron” ştamı ilə bağlı son vəziyyət açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, səhiyyə naziri Teymur Musayev deyib ki, dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da “Omikron” ştamına yoluxmalar artır. Eyni zamanda nazir ölkədə karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı sualı da cavablandırıb. “Karantin rejiminin sərtləşdirilməsinə hələlik ehtiyac yoxdur”, – o vurğulayıb.
Read More »Azərbaycanda “Omikron”a yoluxanların son durumu açıqlanıb
Azərbaycanda koronavirusun “Omikron” ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar: “Həmin ştama yoluxan 12 nəfərin 8-dən götürülən təkrar test nümunələri mənfi nəticələnib və bu barədə …
Read More »Dövlət başçısı ölkədə koronavirusla bağlı ümumi vəziyyəti açıqlayıb
“Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki dozu alıb, ümumi əhali daha az. Eyni zamanda, buster dozasını 1 milyon 500-dən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham …
Read More »Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, bir gündə 31 455 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 885, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 768, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 802 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 562 620, birinci mərhələ …
Read More »Həkim: “Vegetarian qidalanan insanlarda anemiyalara daha çox rast gəlinir”
“Vegetarian qidalanan insanlarda anemiyalara daha çox rast gəlinir”. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib. Onun sözlərinə görə, lakin belə şəxslərin sayı çox deyil: “Anemiyanın bir çox səbəbləri var. Bütün bunları müayinə nəticəsində araşdırmaq mümkündür. Anemiyaların bir çox simptomları var və bəziləri də oxşardır”. Z.Quliyev bildirib ki, saç tökülməsi də simptomlar arasındadır: “Yeriyərkən baş gicəllənməsi, …
Read More »Səhiyyə qurumları “Omikron” ştamının aşkarlanması ilə bağlı əhaliyə müraciət edib
Azərbaycanın səhiyyə qurumları ölkədə koronavirusun “Omikron” ştamının aşkarlanması ilə bağlı əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Müraciətdə deyilir: “Vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, …
Read More »Azərbaycanda COVID-19-la bağlı vəziyyət sabitdir
“Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət sabitdir”. Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, yoluxma hallarının sayındakı rəqəmlər də bunu sübut edir. Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma saylarında azalma qeydə alınır. Belə ki, ötən sutka 555 nəfər virusa yoluxub, hazırda aktiv xəstə sayı 7 228 nəfər təşkil edir.
Read More »Lənkəran Regional Perinatal Mərkəzi istifadəyə verilib
Lənkəran Regional Perinatal Mərkəzi istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, TƏBİB-in İdarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Lənkərana səfər edərək Mərkəzdə yaradılan şəraitlə tanış olub. O, kollektivə tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, Mərkəzdə ümumilikdə 76 çarpayı mövcuddur. (Doğum şöbəsi – 45, potalogiya şöbəsi – 15, Anesteziologiya və Reanimasiya şöbəsi – 6, Yenidoğulmuşların reanimasiya və intensiv terapiya bölməsi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar