Cümə , 3 May 2024
Drone Cameras

Həkim: “Vegetarian qidalanan insanlarda anemiyalara daha çox rast gəlinir”

“Vegetarian qidalanan insanlarda anemiyalara daha çox rast gəlinir”.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

Onun sözlərinə görə, lakin belə şəxslərin sayı çox deyil: “Anemiyanın bir çox səbəbləri var. Bütün bunları müayinə nəticəsində araşdırmaq mümkündür. Anemiyaların bir çox simptomları var və bəziləri də oxşardır”.

Z.Quliyev bildirib ki, saç tökülməsi də simptomlar arasındadır: “Yeriyərkən baş gicəllənməsi, təzyiqin artıq olması, hətta ürək döyüntülərinin çox olması şikayəti ilə kardioloqa müraciət edənlərin çoxunda anemiya aşkarlanır”.

Həkim passiv həyat tərzinin də bu xəstəliyə səbəb ola biləcəyinə diqqət çəkib: “Düzgün qidalanmama da anemiyaya səbəb olur”.

Check Also

Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb, bəzi məhsulların satışı dayandırılıb

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, M.S.Ordubadi küçəsi 7A ünvanında fəaliyyət göstərən bazarda Qida Təhlükəsizliyi …