Çərşənbə axşamı , 8 Aprel 2025

Sağlamlıq

Səhiyyə Nazirliyi 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyası ilə bağlı valideynlərə çağırış edib

Səhiyyə Nazirliyi 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyası ilə bağlı valideynlərə çağırış edib. Nazirlikdən bildirilib ki, 2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanması müşahidə olunur. Qeyd olunub ki, bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub: “Ölkə ərazisində …

Read More »

AQTA: “Azərbaycana qanunsuz gətirilən “Samyun Wan” preparatı insan sağlamlığı üçün təhlükəlidir”

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərkibində təhlükəli kimyəvi maddə aşkarlanan bioloji aktiv qida məhsulu ilə bağlı xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, AQTA bioloji aktiv qida məhsullarının satışı ilə bağlı sosial şəbəkələrdə edilən paylaşımlar və mediada dərc olunan məlumatlar müvafiq qaydada təhlil edilərək araşdırmalar aparıb. Belə ki, agentliyin həyata keçirdiyi monitorinqlər çərçivəsində elektron ticarət vasitəsilə istehlakçılara bioloji aktiv qida …

Read More »

Azərbaycanda qızılcaya yoluxma halları artır – RƏSMİ

“Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur”. Boyukmillet.com xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib. Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır. TƏBİB rəsmisi bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd …

Read More »

Nazir müavini: “Naxçıvanda yaxın aylarda orqan transplantasiyasına nail olacağıq”

“Naxçıvanda yaxın aylarda orqan transplantasiyasına nail olacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Naxçıvanda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Orqan transplantasiyası” Beynəlxalq Konfransında Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samıq Sadıxov deyib. O əlavə edib ki, Naxçıvandan olan 30 tibb bacısı Türkiyədə, Türkiyədən olan 30 tibb bacısı isə Naxçıvanda kurslara cəlb olunacaq.

Read More »

ÜST-ün Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb

Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə nümayənədlik “X” hesabında paylaşım edib. Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb. “Qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi …

Read More »

Qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək – RƏSMİ

Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Məlumatda qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.

Read More »

Azərbaycanda orta və yaşlı əhali qızılcaya görə vaksinasiya olunacaq

Epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib: “Ötən illər ərzində (2014 və 2018-ci illərdə) ölkə ərazisində qızılca …

Read More »

Azərbaycana qrip əleyhinə peyvənd gətirilib – RƏSMİ

Azərbaycana qrip əleyhinə peyvənd gətirilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. “Bu məqsədlə, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisinə qrip əleyhinə peyvənd gətirilib. Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda, peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam …

Read More »

Dövlət Agentliyinin sədri sosial şəbəkələrdə maddi yardım elanı paylaşanlara çağırış edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sosial şəbəkələrdə maddi yardım elanı paylaşanlara çağırış edib. Boyukmillet.com-un məlumatına görə, o, “İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda keçirilən təlimdə deyib ki, bəzən sosial şəbəkələrdə müxtəlif şəxslərə tibbi yardım göstərilməsi üçün elan paylaşılır. Z.Əliyev bildirib ki, Dövlət Agentliyinin əməkdaşlarına dərhal məsələni araşdırmaq üçün tapşırıqlar verir: “Əməkdaşların məsələni araşdırmalarını …

Read More »

Azərbaycanda halal dərmanların hansı qaydada istehsal ediləcəyi məlum olub – EKSKLÜZİV

“Halal dərman vasitələri dedikdə, sözügedən dövlət standartına cavab verən və həmin standarta uyğunluğu təsdiqləyən sertifikatı olan dərman vasitələri nəzərdə tutulur”. Bunu “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye sahəsinin standartlaşdırılması şöbəsinin müdiri Sehranə Rzayeva deyib. O bildirib ki, halal dərman tərkibində İslam qaydalarına uyğun olaraq icazə verilən …

Read More »