Cümə axşamı , 1 May 2025

Sağlamlıq

Bu il 12 tibb müəssisəsi monitorinqlərə cəlb edilib, çatışmazlıqlar aşkarlanıb

Bu ilin 4 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 12 tibb müəssisəsini monitorinqlərə cəlb edib. Agentlikdən  verilən məlumata görə, monitorinqlər Bakı şəhəri üzrə Xətai və Lökbatan tibb mərkəzlərində, Binəqədi rayonu ərazisindəki 10, 15, 35 saylı şəhər poliklinikalarında, Səbail rayonunun 33 saylı şəhər poliklinikasında, habelə Abşeron Rayon Mərkəzi Xəstəxanasında və Abşeron rayonunda fəaliyyət göstərən Hökməli, Qobu, Mehdiabad, Novxanı, Xırdalan …

Read More »

Azərbaycan səhiyyəsinə ağır itki üz verib

Azərbaycan səhiyyəsinə ağır itki üz verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti məlumat yayıb. Məlumatda deyilir ki, universitetin II uşaq xəstəlikləri kafedrasının professoru, Tədris Terapevtik Klinikasının keçmiş direktoru Surxay Musayev uzun sürən xəstəlikdən sonra vəfat edib. Allah rəhmət eləsin!

Read More »

AQTA sədri vəhşi heyvanlarda quduzluğa qarşı peyvəndləmə işlərindən danışıb

“İlk dəfə aviasiyadan istifadə etməklə vəhşi heyvanlarda quduzluğa qarşı peyvəndlənməyə nail olduq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. O, regionda vəhşi təbiətin əsas problemlərindən birinin quduzluq xəstəliyi ilə bağlı olduğunu bildirib. Q.Təhməzli vurğulayıb ki, Gürcüstanla sərhəd ərazilərdə aldadıcı yemlərdən istifadə etməklə vəhşi heyvanların peyvəndlənməsinə nail olunub. AQTA sədri bununla da problemlə mübarizədə irəliləyiş …

Read More »

Azərbaycanda qida subyektləri öz məhsulları barədə tam və etibarlı məlumat verməli olacaqlar – QƏRAR

Qida məhsulların izlənilməsinə dair ümumi tələblər müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun təsdiq etdiyi “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”nda əks olunub. Belə ki, qida zəncirinin hər bir mərhələsində fəaliyyət göstərən qida subyektləri, öz izləmə sistemləri və prosedurlarına əsaslanaraq qəbul etdikləri məhsulların bütün təchizatçılarının, bu Qaydanın 2.2-ci bəndi nəzərə alınmaqla məhsullarla təchiz etdiyi bütün subyektlərin müəyyənləşdirilməsi …

Read More »

Respublika Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin edilib

Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib. Əmrə əsasən Orxan Rasim oğlu Cəfərov xəstəxananın baş həkimi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, O.Cəfərov bu təyinata qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, bu gün 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Read More »

ASAN könüllüləri ödənişsiz göz müayinəsi aksiyası keçirib

Martın 31-də “ASAN Könüllüləri” Təşkilatının və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz göz müayinəsi aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, aksiya Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunub. Məqsəd göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, vətəndaşların müayinəsi və tibbi …

Read More »

Vərəm təhlükəsi – institut direktoru yoluxmamağın şərtlərini açıqlayıb

Son zamanlar dünyada və Azərbaycanda vərəm xəstəliyi ilə bağlı narahatlıqlar artıb. Təkcə ötən il Azərbaycanda 2877 insan ilkin, yəni ömründə ilk dəfə bu xəstəliyə yoluxub. Rəsmi dövlət qeydiyyatında olan xəstələrin sayı isə 5169 nəfərdir. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova “Report”a açıqlamasında bildirib ki, son 10 ildə Azərbaycanda vərəm xəstəliyinə yoluxma iki dəfə azalıb. O bildirib ki, xəstələnmə …

Read More »

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub

“Ötən gün yaşadığı evin qarşısında güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafa müalicə aldığı tibb müəssisəsində ikinci dəfə əməliyyat olunub”. Bu fikirləri “Report”a açıqlamasında deputatın köməkçisi Əjdər Əliyev məlumat verib. O bildirib ki, Fazil Mustafanın çiynindən aldığı yara ciddi olduğundan ikinci əməliyyat lazım olub: “Hazırda onun səhhəti qaydasındadır”. Xatırladaq ki, deputat ilk olaraq Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Daha sonra …

Read More »

Yasamalda ictimai iaşə müəssisəsində nöqsanlar aşkar edilib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 42-44 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Həsənov Yusif Rafiq oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib. Həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinə …

Read More »