Bazar , 24 Noyabr 2024

Siyasət

“Şuşanın 270 illiyi yüksək səviyyədə qeyd olunmalıdı”

Azərbaycanın qədim şəhəri Şuşanın əsasının qoyulmasının 270 illiyinin yüksək səviyyədə keçirilməsi məsələsi gündəmə gəlib. Qondarma rejimin qanunsuz liderinin tarixi Azərbaycan şəhərində andiçmə məsələsindən sonra bu məqama ictimaiyyətdə xüsusi diqqət göstərildi. Şuşa şəhərinin 270 illiyinin keçirilməsinə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlıdan da dəstək gəlib. O bildirib ki,, Şuşanın əsasının qoyulmasının 270 illiyinin keçirilməsi istiqamətində tədbirlərin gerçəkləşdirilməsi yaxşı olardı: “Vaxti …

Read More »

“Parlamentə yenə nənəsi ermənilər seçilib, iki nazirin də nənəsi ermənidi“ – Cümşüd Nuriyev

“Açığı, mənə bir məsələ çatmır, inaqurasiya mərasimi Şuşada yox, Xankəndində keçirilsəydi, nə baş verəcəkdi? Guya Xankəndi bizim deyil? Sadəcə bununla ucuz təsəlli tapırıq. Adam sənə göstərir ki, “sən heç kimsən”. O mərasimin Cıdır düzündə keçirilməsiylə bizə növbəti dəfə meydan oxudular. Düşmənə qarşı hər hansı bir addım atılmadı, ona görə də harınladılar”. Bu sözləri politoloq Cümşüd Nuriyev son günlər gündəmdə olan …

Read More »

İpək Yoluna Dəstək Qrupu ATƏT PA-nın rəsmi strukturuna çevriləcək

İyun ayının 3-də ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun “Post-COVID dövründə iqtisadiyyatın yenidən canlandırılması üçün nəqliyyat və ticarətin sadələşdirilməsi ilə bağlılığın artırılması: ATƏT PA-nın rolu nədən ibarətdir?” mövzusunda onlayn iclası keçirilib.İclası giriş nitqi ilə açan Qrupun sədri, ATƏT PA-nın vitse-prezidenti və ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev koronavirus pandemiyası dönəmində belə bir görüşün keçirilməsinin əhəmiyyətini vurğulayaraq üzv ölkələrin …

Read More »

Əmin olun: korona siyasətdir… – Lukaşenko

Koronavirus pandemiyasının yarısını xəstəlik, digər yarısını siyasət təşkil edir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Mən əvvəlki kimi bir prinsipi qoruyuram. Xəstəlik bu pandemiyanın yarısını təşkil edir. Yerdə qalanı isə siyasətdir. Siz buna tezliklə əmin olacaqsınız”, – deyə o bildirib. (axar.az)

Read More »

“Ermənistanın Şuşa təxribatı xalqın qəzəbinə səbəb oldu” – Azay Quliyev

29 may 2020-ci ildə ATƏT Parlament Assambleyası (ATƏT PA) rəhbərliyinin videokonfrans formatında görüşü baş tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə ATƏT PA-nın rəsmi saytı məlumat yayıb.  Onlayn tədbir çərçivəsində COVID-19 pandemiyası dönəmində çoxtərəfli diplomatiya, dövlətlərarası dialoq və qarşılıqlı əlaqələrin davamlılığının təmin edilməsi, eləcə də regionda davam edən münaqişələrin həlli və təhlükəsizliyə dair ATƏT-in hər 3 ölçüsü (hərbi-siyasi; iqtisadi və ətraf …

Read More »

Paşinyan özü də dilə gəldi – fəlakət hələ qabaqdadır, koronavirus Ermənistanın belini qırdı…

Məhəmməd Əsədullazadə: “İki ildir Paşinyan əhaliyə verdiyi sözləri tuta və virusa qarşı mübarizəni qura bilmədi” Erməni mediası yazır ki, koronavirus Ermənistan iqtisadiyyatının belini qırdı, ilin ilk 4 ayında iqtisadi fəallıq kəskin azalıb. Erməni siyasi icmalçı Akop Koçaryan yazır ki, Ermənistan hakimiyyətinin epidemiya ilə cılız mübarizəsinin iqtisadi nəticələri daha da nəzərə çarpır. Statistika Komitəsinin açıqladığı operativ məlumatlara görə, aprel ayında iqtisadiyyat …

Read More »

Politoloq Naxçıvanla bağlı dövriyəyə buraxılan təxribat xarakterli məlumatlardan yazdı…

Tanınmış politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva maraqlı yazı ilə çıxış edib. Azinforum.az mövzunun aktuallığını nəzərə alıb, həmin yazını olduğu kimi təqdim edir: “Dostlar, bir müşahidəmi sizinlə bölüşmək isrəyirəm, son vatxlar ermənilərin Naxçıvan MR istiqamətində tez-tez atəşkəsi pozması adi hal halıb. Bununla paralel sosial media üzərindən şübhəli səhifələr, şübhəli hesablar Naxçıvanla bağlı davamlı təxribat xarakterli paylaşımlar edir və bu …

Read More »

YAP-dan qərargahların zəbt olunması xəbəri haqda AÇIQLAMA

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Musayev bu günlərdə bəyan edib ki, partiyanın Binəqədi, Yasamal, Xətai və Nərimanov rayon təşkilatlarının köhnə qərargahları zəbt edilib. Lakin o, konkret ad çəkməyib.  Bundan başqa, Tərtərin icra başçısı Müstəqim Məmmədovun YAP-ın yerli təşkilatının köhnə qərargahını ələ keçirərək villaya çevirdiyi barədə məlumatlar var. Boyukmillet.com məsələ ilə bağlı YAP-ın İcra Katibliyinin Siyasi təhlil …

Read More »

Azay Quliyev: AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur

Məlum olduğu kimi, 26 may 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun 2004-cü ildə Budapeştdə bir erməni zabitini öldürməsi və digərini öldürməyə cəhd etməsi ilə əlaqədar Ermənistanın təmsilçiləri olan “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar qəbul etdi. AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan “təbliğat maşını”nın növbəti fiaskosudur. Belə ki, …

Read More »