Bazar , 19 May 2024

Siyasət

Kəlbəcərin işğalından 27 il keçir

Ermənistan silahlı qüvvələri 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunu işğal edib. Bu gün rayonun işğalından 27 il ötür. Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayonun 3 Milli Qəhrəmanı var. Bu işğaldan sonra 3205 saylı iclasda BMTTəhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb …

Read More »

Millət vəkili əhalini hökumətin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıb

 01 apr 18:34iqtisadiyyat Millət vəkili əhalini hökumətin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıb Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib.  Boyukmillet.com xəbər verir ki, ilk dəfə tətbiq edilən onlayn iclasda 8 məsələyə baxılıb.  Milli Məclisin deputatı Məzahir Əfəndiyev iclasın gedişatında Covid19, koronavirusla mübarizə tədbirlərinin daha da gücləndirmək məqsədi ilə vətəndaşları yalnız Nazirlər …

Read More »

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması bəyan edir ki, Qərbi Azərbaycan torpaqlarına qayıdış yolunda fəaliyyətini bundan sonra daha əzmlə davam etdirəcəkdir.

31 mart azərbaycanlıların soyqırımı ilə əlaqədar Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının BƏYANATI Son iki yüz ildə Azərbaycan xalqı tarixən yaşadığı ata-baba torpaqlarında mənfur qonşular tərəfindən dəfələrlə etnik təmizləməyə və soyqırıma məruz qalmış, insanlarımız vəhşicəsinə qətlə yetirilmiş, yaşayış məntəqələrimiz, tarixi-mədəni abidələrimiz dağıdılıb məhv edilmişdir. XIX yüzilin əvvəllərində Çar Rusiyası ilə Qacar İranı arasında Qafqaz uğrunda gedən müharibələr nəticəsində Azərbaycan …

Read More »

İlham Əliyev 31 mart soyqırımından yazdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Mart – Azərbaycalıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.Boyukmillet.com İlham Əliyevin tarixi həqiqətləri özündə əks etdirən paylaşımını təqdim edir: 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına …

Read More »

Mehriban Əliyeva: “Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”

“Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”. Boyukmillet.com …

Read More »

Səfir: Saxta “erməni soyqırımı” mövzusundan bəhs edənlər Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolara baxsınlar ki, bəlkə vicdanları oyana

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktlarına hüquqi-siyasi qiymət vermək dünya ictimaiyyətinin mənəvi borcudur. 1918-ci il martın son günlərindən başlayaraq təxminən aprelin 4-nə qədər Azərbaycan xalqına qarşı törədilən qanlı hadisələr heç vaxt unudula bilməz. Ermənilər bu hadisələrə dair gerçəkləri etiraf etməyə borcludurlar. Bu fikirləri açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib. Azərbaycanın paytaxtı daxil olmaqla, Bakı quberniyasının …

Read More »

Yaşı 65-dən yuxarı olan deputatlar bugünkü iclasa qatılmayıblar

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir. Yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar. İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər. İclasda əvvəlcə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Read More »

Prezident: “Bu xəstəxana pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq”

Bu gün Prezident İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak etdikdən sonra xəstəxananın kollektivi ilə görüşüb. Boyukmillet.com-un xəbərinə görə, görüş zamanı dövlət başçıs bu gün ölkənin ən böyük tibb ocaqlarından birinin fəaliyyətə başladığını qeyd edib, onun müasir avadanlıqla təchiz olunduğunu bildirib. Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində görülən işlərdən danışan Prezident vurğulayıb ki, bu tibb müəssisəsinin istifadəyə verilməsi pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq.

Read More »

İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin – TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlət başçısına burada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. …

Read More »