Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktlarına hüquqi-siyasi qiymət vermək dünya ictimaiyyətinin mənəvi borcudur. 1918-ci il martın son günlərindən başlayaraq təxminən aprelin 4-nə qədər Azərbaycan xalqına qarşı törədilən qanlı hadisələr heç vaxt unudula bilməz. Ermənilər bu hadisələrə dair gerçəkləri etiraf etməyə borcludurlar. Bu fikirləri açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib. Azərbaycanın paytaxtı daxil olmaqla, Bakı quberniyasının …
Read More »Yaşı 65-dən yuxarı olan deputatlar bugünkü iclasa qatılmayıblar
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir. Yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar. İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər. İclasda əvvəlcə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Read More »Prezident: “Bu xəstəxana pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq”
Bu gün Prezident İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak etdikdən sonra xəstəxananın kollektivi ilə görüşüb. Boyukmillet.com-un xəbərinə görə, görüş zamanı dövlət başçıs bu gün ölkənin ən böyük tibb ocaqlarından birinin fəaliyyətə başladığını qeyd edib, onun müasir avadanlıqla təchiz olunduğunu bildirib. Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində görülən işlərdən danışan Prezident vurğulayıb ki, bu tibb müəssisəsinin istifadəyə verilməsi pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq.
Read More »İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin – TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlət başçısına burada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. …
Read More »” Duzdağ nemətini mağara adlandıranın vicdanı şikəst, ruhu kor olar “
Məlum olduğu kimi Koronavirusla bağlı Türkiyədən Naxçıvana gətirilən bir qrup vətəndaşımız Duzdağ sanatoriyasında yerləşdirilib. Onlara burada bütün lazım olan şərait yaradılmış və karantin dövrünü qaydalara uyğun olaraq vətəndaşlarımızı rahat bir şəkildə keçirmələrinə sanatoriyanın bütün imkanları təchiz edilmişdir. Bütün bunlar öz yerində. Təəsüflər olsun ki, dünyanı cənginə alan Koronavirusla mübarizədə ölkəmizdə də təxirə salınmaz tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərə dəstək vermək …
Read More »Vilayət Eyvazov karantin rejimini pozanlardan danışdı
“Ölkənin müxtəlif yerlərində postlar qoyulub, lakin buna baxmayaraq bəzi vətəndaşlarımız həm öz, həm də xidmət edən polis əməkdaşlarının həyatını riskə ataraq, tələb olunan karantin rejiminin qaydalarını pozurlar”. Boyukmillet.com xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib. O deyib ki, bununla bağlı 746 nəfərə inzibati xəbərdarlıq edilib, digər tədbirlər görülüb: “Bir nəfərə …
Read More »Dünya liderləri toplandı – Koronovirusla birgə mübarizə QƏRARI VERİLDİ
Bu gün Yeni tip koronavirusunun (Kovid-19) gündəliyi ilə toplanan G20 Liderlərinin Fövqəladə Toplantısı 2 saat 20 dəqiqə davam edib. Boyukmillet.com xəbər verir ki, video-konfrans formasında keçirilən toplantı başa çatdı. Toplantıda bu qərarla qəbul olundu: – Həyatı, məşğulluğu və gəlirləri qorumaqda qərarlıyıq. – Etibar yaratmağa, maliyyə sabitliyini qorumağa, böyüməni stimullaşdırmağa və canlanmanı təmin etməyə sadiqik. Biz ehtiyacı olan bütün ölkələrə yardım etmək və …
Read More »Hikmət Cavadovla bağlı Prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə ŞOK MÜRACİƏT
Ukraynada fəaliyyət göstərən nüfuzlu və tanınmış azərbaycanlı ziyalılar bu yaxınlarda geri çağırılan Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevə qarşı Kiyevdə törədilmiş təxribatı pisləyən müraciət yayıblar. Boyukmillet.com xəbər verir ki, ölkə xaricində fəaliyyət göstərən soydaşlarımız diplomat Azər Xudiyevə qarşı törədilən çirkin təxribata görə Prezident lhham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik …
Read More »Operativ Qərargah: Gələn həftə 200-400 vətəndaş ölkəyə qaytarılacaq
Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10 000 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən Azərbaycana gətirilməsi təmin …
Read More »Səfir: Türkiyədəki əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışırlar
Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası cəmiyyətdə böyük gərginlik yaradıb. Bu bəladan Azərbaycanı və soydaşlarımızı qorumaq dövlətimizin prioritet vəzifəsi kimi gündəmdədir. Yaxın günlərdə xaricdəki vətəndaşlarımızın öz istəklərinə uyğun olaraq ölkəmizə təxliyəsi ən mühüm və vacib vəzifələrdən biri olmuşdur. Nizamlı qaydada və yüksək peşəkarlıqla həyata keçirilən bu prosesin uğurla davam etməsi hər bir azərbaycanlı üçün qürurvericidir. Təxliyə prosesinin ilk …
Read More »