Cümə , 3 May 2024

Siyasət

Xocalı şəhidləri Parisdə anıldı – FOTO

Fransanın paytaxtı Parisdə Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, fransalı elm adamları və digər şəxslər iştirak ediblər. Rəhman Mustafayev tədbir iştirakçılarına Xocalı soyqırımı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, …

Read More »

MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Fariz Həsən və Nurlana Cəlilin müraciətinə baxılıb. Boyukmillet.com-un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. …

Read More »

Prezident İlham Əliyev fərman imzalayıb – SİYAHI

“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, eyni zamanda Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib …

Read More »

Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər

Bakı, 25 fevral, AZƏRTAC Ermənilər tərəfindən XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində türk-müsəlman əhaliyə qarşı terror, soyqırımı, etnik təmizləmə və vandalizm kimi cinayətlər törədilib. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. O qeyd edib ki, yüz illərdir türk xalqlarının mehriban qonşuluq siyasətindən istifadə edən ermənilər daim bu coğrafiyada qətliamlar törədiblər. Birinci …

Read More »

Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi

“YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tərkibində dəyişiklik edilib. Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini …

Read More »

Azərbaycanın Qarsdakı Baş konsulu Şanlıurfada görüşlər keçirib – FOTO

Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev Türkiyənin Şanlıurfa vilayətinin valisi Abdullah Erin, Silahlı Qüvvələrin bu bölgədəki ağır zirehli briqada komandanı, general mayor Oqtay Ağbuqa, vilayətin baş prokuroru Tolgahan Öztoprak, Daxili İşlər Nazirliyinin vilayət üzrə rəisi Səlcuk Doğuş və vilayətin Jandarma komandanı, polkovnik Eyup Sabri Kirişçi ilə görüşüb. Boyukmillet.com xəbər verir ki görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib. …

Read More »

İlham Əliyev Ərdoğanı qarşıladı

Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib …

Read More »

YAP-da “Xocalı soyqırımı fotolarda” adlı tədbir keçirildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Xocalı soyqırımı fotolarda” adlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər. …

Read More »

Hökumət saytının adının dəyişdirilməsinin səbəbi məlum oldu

Azərbaycan Nazirlər Kabineti (NK) qurumun rəsmi saytının adının dəyişdirilməsinə aydınlıq gətirib. Boyukmillet.com xəbər verir: NK-nın Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlamasında deyib ki, saytın adının dəyişdirilməsi təkmilləşdirmə işləri ilə əlaqədardır: “Hazırda Nazirlər Kabinetinin saytı yeni və əvvəlki adla paralel olaraq fəaliyyət göstərir”.  Qeyd edək ki, Nazirlər Kabinetinin rəsmi internet resursunun adı dəyişdirilib. Bununla da qurum nk.gov.az domeni ilə fəaliyyətə başlayıb. Bundan əlavə Nazirlər Kabinetinin …

Read More »

Prezident ona orden verdi – SƏRƏNCAM

Boyukmillet.com -un məlumatına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsrafil Mirzəhməd oğlu Qurbanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.  Qeyd edək ki, İ.Qurbanov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində Sənədlərlə və vətəndaşların …

Read More »