Bazar , 19 May 2024
Drone Cameras

Çindən Ermənistana skandal koronavirus yardımı: Türkiyə torpağına həqarət edildi – FOTO

Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxtda, bu virusun mənbəyi olan Çin diplomatik qaydaları pozan, skandal yaradacaq bir hərəkətə imza atıb.

Boyukmillet.com xəbər verir ki,Çin höküməti Ermənistana koronavirusla bağlı göndərdiyi yardım dəstəyinə bir tərəfdən də Türkiyəni hədəfə alıb. Belə ki, Çindən Ermənistana göndərilən tibbi yardım qutularının üzərində bu sözlər yazılıb: “Dostluğumuz Ağrı Dağı qədər uca, Yantszı çayı qədər uzun olsun”.

Qeyd edək ki, Ağrı dağı Türkiyənin ərazisidir. Bu dağa “Ararat” adı verən ermənilər hər zaman Türkiyəyə qarşı ərazi iddialarında bu adı ideoloji silah kimi istifadə edirlər.Sənan QACAR

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …