Cümə , 3 May 2024

Siyasət

Ərdoğan: “Suriyada geri addım atmayacağıq”

“İdlibdə baş verən humanitar böhranın qarşısını almaq üçün fəaliyyətimizi aktiv formada davam etdirəcəyik. Əsas tələbimiz hücumların dayandırılmasıdır. Suriyada rejim qüvvələrinin müşahidə nöqtələrimizin gerisinə çəkilmələri üçün verdiyimiz müddət fevralın sonunda bitir”. “Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında bildirib. “Suriyada ən böyük problemimiz hava məkanından istifadə edə bilməməyimizdir. Yaxın zamanda bunun da çarəsini tapacağıq. Diplomatik kanallardan da istifadə edirik. …

Read More »

General Əli Nağıyev DTX-nın imicini necə bərpa etdi – iki rəy

Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevin, ondan da əvvəl Ağstafanın icra başçısı  Nizaməddin Quliyevin, həmçinin onların tabeliyində olan digər vəzifəli şəxslərin iş başındaykən, kabinetlərindəcə qandallanması Dövlət Təhlükəsizlik Xidmətinə xalq arasında inamı gücləndirir. General Əli Nağıyev DTX-ya rəis təyin edildikdən sonra keçən müddətdə rüşvətxor icra başçılarına, xalqın narazı qaldığı məmurlara qarşı bu xüsusi xidmət orqanının apardığı əməliyyatlar cəmiyyətdə müsbət qarşılanır. Eldar …

Read More »

Ombudsman nümayəndələri Silahlı Qüvvələrin hospitalında olublar

Boyukmillet.com xəbərinə görə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun baş məsləhətçisi Adil Hacıyev, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.  Qonaqlar hospitalın müxtəlif şöbələrində yaradılan şəraitlə yaxından tanış olub, burada müalicə alan hərbi qulluqçuların sağlamlıq durumları, o cümlədən tibbi xidməti və təminatla maraqlanıblar. Aparat əməkdaşları göstərilən tibbi …

Read More »

Rusiyalı politoloq: “Xocalıda öldürülənlərin övladları doğma torpaqlarına qayıdacaqlar”

“Bu gün Xocalıda baş verən dəhşətli faciənin ildönümünü qeyd edirik. Ümidvarıq ki, Azərbaycanda və ya başqa yerlərdə bu cür faciələr bir daha baş verməyəcək”. Bu sozləri rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Xocalı soyqırımına həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, faciənin ildönümünün Yəhudi Tolerantlıq Muzeyində baş tutması xarakterikdir.  “Yəhudi xalqının XX əsrdə başına gətirilən böyük faciəni hamımız …

Read More »

İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

Fevralın 25-də İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib. İSTAD – İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə düzənlənən tədbir İstanbul Kadıköy Bahariye caddesi Halk Egitim Merkezinin önündən başlayaraq, eyni yolun üzərində olan Süreyya Operasının qarşısında mətbuat açıqlaması və bəyanat səsləndirdilər.İSTAD-ın sədri Səfər Karakoyunlu bildirib ki, Xocalı soyqırımı …

Read More »

Məcburi köçkünlər üçün yeni binalar tikiləcək

“Abşeron ərazisində Stansiya Sumqayıt adlanan yerdə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti işləri davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Rövşən Rzayev öz açıqlamasında deyib. Onun sözlərinə görə, ilin sonuna qədər tapşırıqları yerinə yetirilməsinə çalışılacaq: “Cənab Prezidentin 7 000-dən çox ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması göstərişi verilib. Hazırda tikinti davam edir. Biz də maraqlıyıq ki, mənzilləri …

Read More »

Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Boyukmillet.com  xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə …

Read More »

Prezident Xocalı abidəsini ziyarət edib

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anım mərasimində iştirak edib.

Read More »