İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb. NUHÇIXAN XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın “Twitter” hesabına istinadla xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirlər.
Read More »Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Kəngərli, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də …
Read More »Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü
Araz Hüseynov namizədliyini geri götürüb. Boyukmillet.com xəbər verir ki, o bu barədə seçicilərinə müraciət edib: “Parlament seçkilərində zəfər qazanmaq məqsədilə yanvar ayı ərzində çox çalışdıq, imzaların toplanması ərəfəsində sizlərlə şəxsən görüşdüm. Desəm ki, bunun nəticəsində çoxunuzla dostlaşa bildim, heç də yanılmaram. Gördüyüm işlərə baxmayaraq, mən hər zaman vəziyyəti real qiymətləndirdiyimdən gəldiyim qənaət barədə sizə məlumat vermək istərdim”. A.Hüseynov bu addımı …
Read More »Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərin onu son dərəcə sarsıtdığını bildirib. “Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından …
Read More »Putin əziyyət çəkib İsrailə gedir, İsrail isə ermənilərin faşisti qəhrəmanlaşdırmasına hələ münasibət bildirməyib…
Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərqə səfəri planlaşdırılır. Bildirilir ki, Putin İsrail və Fələstinə səfər edəcək. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib. Daha əvvəl Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki Rusiya Prezidentinin Fələstinə səfər edəcəyini bildirib. Onun sözlərinə görə, Fələstin lideri Mahmud Abbas rusiyalı həmkarı ilə Yaxın Şərq məsələlərini müzakirə etməyi planlaşdırır. V.Putin yanvarın 23-də Qüdsdə keçiriləcək Beşinci …
Read More »Ermənistanı ən kritik il gözləyir – 2020 bahalaşma ilə gəldi
Erməni mediası hökuməti yalançılıqda suçladı; İrəvanda genişlənən etirazlar siyasi təlatümlərə və yeni hakimiyyət dəyişikliyinə də gətirə bilər İşğalçı Ermənistan təzə ilə iqtisadi mövzuda bəd xəbərlərlə başlayıb. Proqnoz etdiyimiz kimi, 2020-ci il girər-girməz, ölkədə bir sıra məhsullar və xidmətlərin qiyməti qalxmağa başlayıb. “Məxməri” baş nazir Nikol Paşinyanın “iqtisadi möcüzə” ilə bağlı verdiyi vədlərə rəğmən, erməni əhali, beləcə, iki ildir möcüzə-filan yox, …
Read More »Ermənistanda baş naziri və spikeri güllələyən şəxs Paşinyana məktub yazdı
Ermənistan parlamentində 1999-cu il oktyabrın 27-də terror aktı törədən silahlı qruplaşmanın rəhbəri Nairi Unanyan baş nazir Nikol Paşinyana məktub yazıb. Boyukmillet.com xəbər verir ki, 8 yüksək vəzifəli şəxsin ölümü ilə nəticələnən insidentin səbəbkarının hökumət rəhbərinə nələr yazdığı məlum deyil. “Qrapark” (Meydan) qəzeti isə öz mənbələrinə istinadla xəbər verir ki, Nairi Unanyan Baş Prokurorluğun parlamentə hücumla bağlı cinayət işini yenidən açmasını …
Read More »Pakistan Səfirliyindən rəsmi açıqlama – “Pakistanla Ermənistan arasında heç bir əlaqədən söz gedə bilməz”
Bu gün bəzi mətbuat orqanlarında Pakistanın Ermənistanı dövlət olaraq tanımağa və Ermənistanla diplomatik münasibətlər qurmağa hazırlaşması barədə iddialar irəli sürülüb. Bu iddialarla bağlı Pakistan Respublikasının ölkəmizdəki səfirliyi ilə əlaqə saxladıq. Səfirliyin hərbi attaşesi Nadim Yaqub Çaudri bu iddialarla bağlı Eurasia Diary-ə eksklüziv açıqlamalar verdi: “Biz Pakistan dövləti olaraq Ermənistanı bir dövlət kimi tanımırıq və belə təxmin edirik ki, bu sadəcə …
Read More »Ali Məclisə yeni şöbə müdiri təyin edilib – SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 10-da Gözəl Şahməmmədovanın Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Gözəl Rəşadət qızı Şahməmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilsin”. Qeyd edək ki, Gözəl Şahməmmədova bu …
Read More »Samir Adigözəlli:Regionun diplomatik paytaxtı olan Bakı NATO-Rusiya hərbi komandanlıqlarının müzakirə məkanına çevrildi.
2019-cu il ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə də xarakterik oldu. İl ərzində ölkəmizdə çox mühüm beynəlxalq tədbirlər keçirildi. Paytaxtımız Qoşulmama Hərəkatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Dünya dini liderlərinin zirvə toplantılarına ev sahibliyi etdi. Regionun diplomatik paytaxtı olan Bakı ənənəsinə sadiq qalaraq NATO-Rusiya hərbi komandanlıqlarının müzakirə məkanına çevrildi. Bu fikirləri açıqlamasında İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri, politoloq Samir Adıgözəlli …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
