Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Muxtar respublikada ordunun infrastruktur quruculuğu işləri müasir tələblərə uyğun aparılır

2019-cu ildə Naxçıvan şəhərində istirahət parkının tikintisi, zabit yataqxanasının yenidən qurulması, Naxçıvan Qarnizonu tam orta məktəb binasının təmiri başa çatdırılıb, iki qərargah binasının, iki əsgər yataqxanasının, hərbi zavodun, mərkəzi hərbi xəstəxananın, istirahət parkının tikintisi davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Azərtac-ın Naxçıvan bürosuna bildirilib ki, ötən il Babək rayonunda iki əsgəri-məişət kompleksinin, iki qərargah binasının, üç anqarın, avtomobillərə texniki qulluq, start komanda, yanacaqdoldurma, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin və avtomobil saxlancının tikintisi başa çatdırılıb, vertolyot meydançasının tikintisi, beş avtomobil saxlancının əsaslı təmiri davam etdirilib.

Culfa rayonunda Əlahiddə Ümumqoşun Ordunun Səhra Təlim Mərkəzi istifadəyə verilib, retranslyasiya məntəqəsinin tikintisi davam etdirilib.

Şahbuz rayonunda üç anqarın tikintisi, Sədərək rayonunda tabor mərkəzinin əsaslı təmiri davam etdirilib.

Kəngərli rayonunda hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binası və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib, Şərur rayonunda Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin və 3-cü Sərhəd zastavasının tikintisi davam etdirilib.

Check Also

Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanat yayıb

“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı …