Boyukmillet.com xəbər verir ki, Azərbaycan və Ukrayna dostluğunun şərəfinə və Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğu tərəfindən elektron təbrik lövhələri quraşdırılıb. Quraşdırılan təbrik lövhələrində “Biz şadıq ki, Azərbaycan ilə Ukrayna arasında diplomatik və dostluq əlaqələri xalqlarımızın rifahı naminə uğurla inkişaf edir və genişlənir” sözləri yer alıb. Ayna Fərhad
Read More »Sabir Rüstəmxanlı haqda biblioqrafiya nəşr olunub
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətlər” seriyasından hazırladığı növbəti biblioqrafiya Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycanın Xalq Şairi, Millət Vəkili Sabir Rüstəmxanlıya həsr edilib. Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrfaiyada Sabir Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks …
Read More »Millət vəkili Fatma xanım Yıldırım seçiciləri ilə görüşüb
Fatma Yıldırım: “Bərdə rayonuna səfərimiz zamanı növbəti vətəndaş qəbulumuzu keçirdik.” Fevralın 4-də Millət vəkili Fatma Yıldırım YAP Bərdə rayon təşkilatının binasında bərdəli seçicilərilə görüşüb. Görüşdə seçicilərin müxtəlif məsələlərlə bağlı çoxsaylı müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial müdafiə, o cümlədən, torpaq və mənzil-komunal məsələləri ilə bağlı olub. Görüş barədə özünün Facebook səhifəsində yazan Fatma xanım Yıldırım bildirib ki ,”Bərdə rayonuna səfərimiz zamanı …
Read More »Elxan Şükürlü: Belə dələduzlar cəmiyyət üçün terrorçulardan da təhlükəlidirlər.
Boyukmillet.com politoloq Elxan Şükürlünün Rasim Məmmədov haqda paylaşımını təqdim edir: Dəbdəbəli ofisində başının üzərinə Əliyevlərin portretini asıb, pencəyinin yaxasına da qızıldan nişanlarını taxan, hər yerdə özünü “hakimiyyətin alovlu müdafiəçisi” kimi təqdim edərək, qondarma “İctimai Nəzarət Koalisiyası” adı altında vətəndaşları aldatma və şantaj yoluyla pullarını və əmlaklarını ələ keçirən QHT rəhbəri Rasim Məmmədovu Azərbaycan Polisinin xüsusi əməliyyatla və nümayişkaranə şəkildə həbs …
Read More »İSBAM İdarə Heyətinin üzvüləri UQTMŞ-nın “Şərəf” ordeni ilə təltif olundular
Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri, 2 fevral tarixdə İSBAM Sədrinin müavini Natiq Bədəlovu və İSBAM İcraçı direktoru Şahin Həsənovu “Şərəf” ordeni ilə təltif edib. Bu barədə “Boyukmillet.com“-a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda deyilir: 2 fevral 2022-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, bir sıra şəxslərin Ukrayna Qarapapaq …
Read More »Samir Adıgözəlli: “Beynəlxalq güclər də çalışmalıdır ki, Ermənistanı bizim zəruri və obyektiv olan xarici siyasət kursuna uyğunlaşması üçün təzyiqlər göstərsinlər”
Azərbaycan öz xarici siyasətində təhlükəsizliyə əsaslanan konsepsiyadan iqtisadiyyata əsaslanan konsepsiyaya keçir. Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib. H.Hacıyev bildirib ki, Azərbaycanın işğal altında olan əraziləri azad edildikdən əsas təhlükəsizlik problemini həll edib: “Azərbaycan bu problemi həll etdikdən sonra hazırda bütün …
Read More »Qərbi Azərbaycan uğrunda mübarizəyə daha bir təşkilat –Beynəlxalq Diaspor Mərkəzi də qoşuldu
Fevralın 2-də Azərbaycan Qaçqınlar Cəmiyyətinin qərargahında Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması ilə Qərbi Azərbaycan uğrunda mübarizə aparan daha bir təşkilat – Beynəlxalq Diaspor Mərkəzi (BDM) arasında Əməkdaşlıq Protokolu imzalandı. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevi və BDM nümayəndələrini salamlayaraq Qərbi Azərbaycan uğrunda mübarizədə …
Read More »Prezident İlham Əliyev: “Sorosçuların məqsədi gəncləri öz dövlətinə, öz əcdadlarına, öz tarixinə qarşı qaldırmaqdır”
Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib. Prezident qeyd edib ki, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur: “Ona görə də bax, bu qlobalistlərin – mən onları şərti olaraq belə adlandırıram – …
Read More »Vətən müharibəsi ilə bağlı daha 11 film layihəsinin tamamlanması işləri aparılır
Mədəniyyət Nazirliyi ötən bir il ərzində Vətən müharibəsindəki qələbəyə həsr olunan 20-dən artıq müxtəlif metrajlı filmin istehsalına maliyyə dəstəyi göstərib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu ekran əsərləri arasında həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən çəkilən filmlər var: “Nazirlik tərəfindən Vətən müharibəsinə həsr olunan “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və …
Read More »Azərbaycan prezidentinin mesajları dünyanın diqqətini cəlb etmək baxımından çox önəmlidir
“İlham Əliyevin Azərbaycan dövlətinin daim ayıq-sayıq olması ilə bağlı verdiyi bəyanatlar, ölkə ictimaiyyəti tərəfindən çox diqqətlə qarşılandı” Prezident İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsi ilə əlaqədar Olaylar.az-a açıqlama verən siyasi ekspert, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə prezident İlham Əliyevin səfəri, Gəncədə yeni infrastuktur obyektlərinin tikintisi, bəzilərinin istifadəyə verilməsi, …
Read More »