Bazar ertəsi , 18 Noyabr 2024

Siyasət

“Qazaxıstanda həbsləri, istintaq və işgəncələri KTMT qüvvələri aparır – daxili siyasət bütünlüklə KTMT-nin əlində…” – Aydın Quliyev

Qazaxıstandan aldığımız özəl məlumatlara görə, KTMT qüvvələrinin ölkənin daxili işlərinə guya qarışmadığı və guya ancaq strateji nöqtələrin mühafizəsi ilə məşğul olduğu barədə verilən siyasi bəyanatlar qətiyyən həqiqət deyil. Boyukmillet.com xəbər verir ki, bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: “Əksinə, bu gün Qazaxıstanda kütləvi həbsləri, cəza əməliyyatlarını, axtarış və fiziki təqibləri, …

Read More »

Zəngəzura, İrəvana aparan yollar Şuşanın Ağoğlan və İrəvan qapılarından başlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin ilk Sərəncamının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı olması həm qürurvericidir, həm böyük tarixi-siyasi əhəmiyyətə malikdir, həm də rəmzi məna daşıyır. Çünki Şuşa tarixən Azərbaycanın mədəniyyət, ədəbiyyat və incəsənət beşiyi olmaqla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Zəfərimizin paytaxtına çevrildi. Şuşa, həmçinin xalqımızın milli ruhunun özünəqayıdışının şəhəridir və gələcək zəfərlərimizin start xəttidir. …

Read More »

“Rusiyanın işğalı davam edir” – Subut Mehdiyev şərh edir…

Keçmiş Sovet Respublikalarının ərazisində baş verən hadisələr fonunda ardıcıl olaraq Rusiyanın həmin ərazilərə sülhməramlı adı altında müdaxiləsi davam etməkdədir. Qazaxıstanda baş verənlər bunu bir daha təsdiq edir. Etirazçıların önündə hər hansı siyasi bir qüvvənin görünməsi barədə məlumat verilmədi. Hadisələrin xronologiyasına nəzər salsaq görərik ki, bu düşünülmüş və ssenarisi əvvəlcədən müəyyən edilmiş hadisədir. İnsanlar qazın qiymətinin artırılmasına etiraz edir. Dövlət dərhal etiraza …

Read More »

Qarabağda türk əsgəri olmaz, Qazaxıstanda erməni əsgəri olar? – sual Putinədir… – Aydın QULİYEV yazır…

KTMT-nin Kollektiv Sülhyaratma Qüvvələrinin sırasında 70 nəfər Ermənistan hərbçisi də Qazaxıstana göndərildi. Olduqca pis xəbərdir. Qırğızıstan hələ öz qüvvələrini göndərməyib. Qırğızlar türk həmrəyliyi çərçivəsində hələlik ehtiyatlı davranır. Başa düşülür ki, qazaxlara silah qaldırmağa tələsmirlər. Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: “Nə qədər doğrudur ki, Qarabağ müharibəsində ağır məğlubiyyətdən çıxmış acıqlı …

Read More »

Samir Adıgözəlli: Qazaxıstanda baş verənlərin demokratiya ilə heç bir əlaqəsi yoxdur

Qazaxıstanda baş verən iğtişaşlar kütləvi hal aldıqca, hədisələrlə bağlı videolar daha çox sayda  sosial şəbəkələrdə yayılmağa başlayır. Belə videolara, demək olar ki,  bütün sosial şəbəkələrdə rast gəlinir. Bir çox kanallar həmin yerdən canlı bağlantılar edirlər. Sosial şəbəkələrin bu imkanlarından müasir dövrdə baş verən inqlablarda geniş istifadə edilib. Təəssüflər olsun ki, belə videolardan bizim ölkəmizdə təxribatçı məqsədlər üçün istifadə edənlərə də …

Read More »

Bizim xalqımız çörək uğrunda mübarizə üçünmü yaranıb?… – Aydın QULİYEV yazır…

Bir neçə gündür ki, sosial şəbəkələrdə və bu şəraitdən “İP” qoparmağa çalışan bəzi media orqanları ərzaq buğdası və çörəyin qiymət məsələsi ətrafında geniş müzakirələr açıblar. Bu axının içində həqiqətən çörəyin yeni tariflərinin rəsmiləşəcəyi halda bunun cəmiyyətimizdə müəyyən gərginlik yaradacağından və ya gərginliyi artıracağından səmimi narahatlıqlar var. Elə dairələr də var ki, sanki fürsət gözləyirmiş kimi, məsələni siyasiləşdirməyə və “vot-vot inqilab …

Read More »

Prezidentin “Şuşa ili”ndə üç strateji hədəfi – Azay Quliyev şərh edir

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il “Şuşa ili” elan etdi.Prezident İlham Əliyev ötən gün Yeni il münasibəti ilə çıxışında bildirdi ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi qeyd ediləcək:“Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa …

Read More »

Mədəniyyət naziri Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov özünün tviterdəki hesabında tanınmış ictimai xadim, tədqiqatçı, diplomat Ramiz Abutalıbovun vəfatı ilə bağlı paylaşım edib. Boyukmillet.com  xəbər verir ki, nazir YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının başsağlığını “Allah rəhmət eləsin” sözləri ilə paylaşıb. “Tanınmış ictimai xadim, tədqiqatçı, diplomat Ramiz Abutalıbov vəfat edib. O, 1993-2004-cü illərdə Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir – YUNESKO üzrə Milli …

Read More »

Düşmənlərimiz bizi kiçiltməyə çalışdıqca biz böyüdük… – Sabir Rüstəmxanlının bayram təbriki

Xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Boyukmillet.com  xəbər verir ki, təbrikdə deyilir: Əziz bacılar və qardaşlar, dəyərli soydaşlarım!Vətən Müharibəsindəki qələbəmizdən sonra yaşadığımız gərgin, mürəkkəb, ümid və qürurla dolu bir ili başa vururuq. İlin əvvəlindən axırına hamımız 44 günlük müharibədəki parlaq qələbəmizin …

Read More »

İSBAM sədri Samir Adıgözəlli xalqımızı bayram münasibəti ilə təbrik edib

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli xalqımıza təbrik ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə İSBAM sədri Samir Adıgözəlli xalqımıza təbrik mətni ünvanlayıb. Əziz Həmvətənlər! Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə səmimi qəlbdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram . 30 ilə yaxın müddət ərzində işğal …

Read More »