Bazar , 28 Aprel 2024

Siyasət

Bu münasibətlər qardaşlıq münasibətləridir – HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Türkiyə ilə Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir və demək olar ki, dünyada yeganə ölkədir ki, bu cür qardaşlıq münasibətləri var”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Hərbi ekspert vurğulayıb ki, bizim münasibətlərimiz müttəfiqlik, tərəfdaşlıq münasibətlərindən də yüksəkdə dayanır və bu münasibətlər qardaşlıq münasibətləridir, hansı ki, son Şuşa Bəyannaməsi də …

Read More »

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib – FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Yunanıstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperigos ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı siyasi münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, regiondakı yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

Read More »

İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Söhbət zamanı investisiya qoyuluşu, logistika sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni nəqliyyat dəhlizlərinin …

Read More »

Sabir Rüstəmxanlı: “Amili başla quyruğu səhv salıb”

Rusiya Hərbi Dəniz Donanmasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmilərinin sentyabrın 18-də Bakı limanına daxil olması müzakirələrə səbəb olub. Bir sıra ekspert və sosial şəbəkə istifadəçiləri bunu Azərbaycan və Türkiyənin Xəzər dənizindəki təlimlərinə cavab kimi qiymətləndiriblər. Bundan başqa, İran İslam Respublikasının bir sıra şəxslərinin, xüsusən Ərdəbilin imam-cüməsi ayətullah Seyid Həsən Amilinin Azərbaycanı hədələməsi bu hadisələrin fonunda təhlil edilir. Bildirilir ki, …

Read More »

Samir Adıgözəlli: Paşinyan yaxşı bilir ki,Türkiyə və Azərbaycanla əlaqələr qurulmasa, Ermənistan yenə də regional layhələrdən kənarda, təcrid vəziyyətdə qalacaq”

“Ermənistan hökuməti dialoqun qurulması ilə bağlı Türkiyədən gələn siqnalları müzakirə etməyə hazırdır. Artıq bir sıra beynəlxalq tərəfdaşlar İrəvan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bəyan edib”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan Türkiyədən gələn siqnalları dialoq mesajları kimi dəyərləndirməklə nə demək istəyir? İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli isə bildirdi ki, …

Read More »

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Boyukmillet.com xəbər verir ki, sentyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri nümayəndə heyətini salamlayıb, Naxçıvanın Türk dünyasının mərkəzində yerləşdiyini və mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən danışan Ali Məclisin Sədri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim …

Read More »

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində görüş keçirilib – FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Liviyanın Azərbaycan Respublikasındakı Müvəqqəti İşlər Vəkili Aşraf Adamla görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı siyasi münasibətlərin, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin, xüsusilə, turizm əlaqələrinin inkişafı, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

Read More »

Dövlət Xidməti: “Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq”

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə həyata keçirilən monitorinqlər davam etdirilir”. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Xidmətindən bildirilib. Qeyd edilib ki, aparılan monitorinqlər tarixi abidələrin hazırkı vəziyyəti, onlara edilmiş qanunsuz müdaxilə halları, vandalizm, özününküləşdirmə faktlarının müəyyən edilməsi və mədəni …

Read More »

Prezident İlham Əliyev Xalq artistinə mənzil verib

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti, tanınmış tarzən Vamiq Məmmədəliyevə mənzil hədiyyə edib. Bu barədə Xalq artistinin özü məlumat verib. V.Məmmmədəliyev diqqət və qayğısı üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib: “Sənətimə qiymət verildiyi üçün çox xoşbəxtəm və buna görə də dövlətimizin başçısına öz təşəkkürümü bildirirəm. Prezidentimiz mənzili mənə 75 illik yubileyim münasibətilə hədiyyə edib. Bu, mənim üçün böyük sevincdir”. Qeyd edək …

Read More »

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında Şuşanın 2023-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib. “Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım”, – nazir vurğulayıb.

Read More »