Çərşənbə , 8 May 2024
Drone Cameras

Samir Adıgözəlli: “İnteraktiv xəritə də Qərbi Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq aləmdə mübarizəmizin yeni bir mərhələsini yaradacaq”

Qərbi Azərbaycan İcması və SİNAM şirkəti tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texniki dəstəyi ilə indiki Ermənistan ərazisinin “Qərbi Azərbaycan yaddaşı Gomap-də” adlı interaktiv xəritəsi hazırlanıb. Bu İnteraktiv xəritə dünyanı bu həqiqətə yönəldəcək ki, Ermənistanın bütün ərazisi Azərbaycanındır. Yəni həqiqəti dünyanın diqqətinə çatdıracaq və bu İnteraktiv xəritədən açıq görsənəcək ki, ermənilərin ərazisi yoxdur, Ermənistan adlı dövlət Azərbaycan torpaqlarında qurulub.

Boyukmillet.com xəbər verir ki, Qərbi Azərbaycan İcması və SİNAM şirkəti tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texniki dəstəyi ilə indiki Ermənistan ərazisinin “Qərbi Azərbaycan yaddaşı Gomap-də” adlı interraktiv xəritəsinin təqdimat mərasimi 11.01.2022-ci il tarixdə saat 11.00-da “Holiday İnn Baku” otelində (Port Baku Mall ilə üzbəüz) keçiriləcək. 

  • “…İrəvan başda olmaqla, indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olması…”

Layihənin yerli, regional və beynəlxalq əhəmiyyətinə diqqət çəkən İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri (İSBAM) Samir Adıgözəlli bildirdi ki, bu, böyük tarixi-siyasi özəlliyə malik olan bir layihədir.

S.Adıgözəllinin sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra “Qərbi Azərbaycan yaddaşı Gomap-də” adlı interaktiv xəritənin meydana çıxması çox təqdirəlayiqdir. “Özündə Qərbi Azərbaycan həqiqətlərini ifadə edən bu İnterektiv xəritənin hazırlanmasının bütün istiqamətlərdə əhəmiyyəti böyükdür. Əvvəla, 44 günlük Vətən müharibəsindən sonra Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının, beynəlxalq aləmdə yayılmasının artıq vaxtıdır. Hesab edirəm ki, layihə müəllifləri də bunu dəyərləndirib və bizim üçün böyük tarixi əhəmiyyətə malik olan İnteraktiv xəritə hazırlayıblar. Bu onu göstərir ki, bu işlərə daha ciddi təşkilatlanmış şəkildə, xüsusi əhəmiyyətli dəstək verilərək yanaşılır. Bu baxımdan, İnteraktiv xəritənin hazırlanması görülən işlərin bir hissəsidir. Fikrimcə, İnteraktiv xəritədə bizim ata-baba torpaqlarımız olan Qərbi Azərbaycandakı kənd, yer-yurd adlarının dəyişdirilməsindən tutmuş demoqrafik dəyişikliyə və sairə qədər hər şey öz yerini alacaq. Bu da imkan verəcək ki, beynəlxalq aləmdə indiki Ermənistan adlanan respublikanın yerləşdiyi ərazinin tarixi Azərbaycan torpağı olduğu bir daha öz təsdiqini tapsın, eləcə də o torpaqların aborigen əhalisinin Azərbaycan türkləri olduğu bir daha tarixi faktlarla sübut olunacaq. Bundan başqa, burada indiki Ermənistanda ermənilər tərəfindən Azərbaycan-türk abidələrinin hansı vəhşiliklərlə dağıdıldığı, toponimlərin kütləvi saxtalaşdırıldığı və sair öz əksini tapacaq. İnteraktiv xəritədə bütün bunlar sistemli şəkildə, sübutlarla, dəlillərlə öz əksini tapacaq. Bu İnteraktiv xəritə də Qərbi Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq aləmdə mübarizəmizin yeni bir mərhələsini yaradacaq”. Soydaşlarımızın ermənilərin əsassız ərazi iddiaları nəticəsində öz torpaqlarından qovulduğunu deyən S.Adıgözəlli hesab edir ki, bu İnteraktiv xəritədə bütün bunlar öz yerini alacaq, sübutlar, faktlar öz əksini tapacaq. “Qərbi Azərbaycandan soydaşlarımızı ermənilər didərgin salıblar və bu xəritənin də meydana gəlməsi soydaşlarımızın pozulan hüquqlarının bərpasında mühüm rol oynayacaq. Deportasiya olunan insanların haqqıdır, hüququdur ki, öz yerlərinə, yurdlarına qayıtsınlar. Bu hüquqlarının təmin edilməsini bizim insanlarımız beynəlxalq aləmdən tələb etməlidir. Digər bir tərəfdən də, millətlər strategiyası, hədəfləri ilə ayaqda durur. Biz bu hədəfləri ortaya qoymasaq millətin ruhu qırılar. Ona görə də, məsələ ondan ibarətdir ki, İrəvan başda olmaqla, indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olması və soydaşlarımızın ora qayıdıb yaşamaq hüququnun təmin olunması beynəlxalq spektrdə ən yüksək səviyyədə qaldırılmalıdır. Bu mənada, belə bir xəritənin hazırlanması alqışlayıram. Qərbi Azərbaycan icmasının bu istiqamətdə fəaliyyəti də, ona dəstək olan təşkilatların işi də tədirəlayiqdir”- deyə S.Adıgözəlli vurğuladı.

İradə SARIYEVA

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …