Bazar , 19 Yanvar 2025

Sosial müdafiə

Dövlət Komitəsi: “Ağalıya daha 727 sakinin köçürülməsi nəzərdə tutulur”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial-iqtisadi, təhsil, demoqrafik vəziyyəti, cari gəlirgətirən fəaliyyət, özünüməşğulluq və məşğulluq səviyyəsinin müəyyən edilməsi, ehtiyaclarının qiymətləndirilməsi və mərhələli qayıdışla bağlı fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirir. Dövlət Komitəsindən  verilən məlumata görə, sorğulara 16-63 yaş aralığında olan şəxslər cəlb olunublar. Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı …

Read More »

Nazir: “Müharibədə əlil olmuş, sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş verilir”

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir deyib ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, …

Read More »

Əlillik dərəcəsi dəyişdirilmiş I Qarabağ müharibəsi iştirakçılarına ödənişin hansı qaydada veriləcəyi məlum olub

“Birinci Qarabağ müharibəsi dövründə xəsarət alan elə şəxslər var ki, sonradan onların əlillik dərəcələri dəyişdirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib. O, vaxtilə bir neçə dəfə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişin hansı qaydada veriləcəyini …

Read More »

Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb

Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev ötən il dekabrın 23-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) …

Read More »

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb

1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qeyd …

Read More »

Yaxın iki ayda 500 şəhid ailəsi və qazi evlə təmin olunacaq

“Yaxın iki ayda 500 nəfər şəhid ailəsi və qazi fərdi ev və mənzillə təmin olunacaq”. Boyukmillet.com  xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov deyib. O bildirib ki, ümumilikdə bu il 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlərlə təmin olunması nəzərdə tutulub: “Həmin şəxslərdən artıq 600 nəfərə ev və mənzillər təqdim olunub. Yaxın iki …

Read More »

Dövlət Komitəsi Ağalı kəndinə köçürülən sakinlərin sayını açıqlayıb

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən inşa edilmiş Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən bu mərhələ üzrə növbəti, dördüncü köç karvanı yola salınıb. Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eldar Zeynalov, komitənin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz …

Read More »

Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 10 ailə – 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma …

Read More »

“YAŞAT” fondunun Türkiyəyə müalicəyə göndərdiyi qazi Vətənə qayıdıb

“YAŞAT” fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir Vətən müharibəsi qazisi evinə qayıdıb. Boyukmillet.com xəbər verir ki, qazimiz xərəkdə yola salındığı Türkiyədən evinə ayaqları üstündə qayıdıb. “Müalicəyə yola salınanda ağrılarına, vəziyyətinin ağırlığına baxmadan yalnız gülümsəyirdi. Bu gülümsəmənin ardında möhkəm iradə, böyük inam və ümidlər var idi. Budur, Nurlan Tağıyev xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb”, – …

Read More »

Psixoloq: “Qazilərə və onların ailə üzvlərinə psixoloji yardım göstərilməlidir”

“Müharibədən sonra iştirakçıların və qazilərin cəmiyyətə adaptasiyası olduqca vacibdir”. Bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev deyib. O bildirib ki, müharibədə olan hadisələr qazilərdə müəyyən psixoloji problemlərə səbəb olur: “Xüsusən də, onların müharibədən 1 ay, 6 ay müddət keçdikdən sonra aldıqları travmalar posttravmatik stress formasında özünü göstərməyə başlayır. Buna görə də müharibədə iştirak etmiş hər …

Read More »